Bakıda 3 qadın yuxuda naməlum qüvvə tərəfindən zorlandıqlarını iddia edib

Bakıda 3 qadın yuxuda naməlum qüvvə tərəfindən zorlandıqlarını iddia edib


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə qeyri-adi şikayətlə üç fərqli qadın müraciət edib. Bu barədə məlumatı Cebhe.info-ya birliyin rəhbəri Mehriban Zeynalova verib.

Onun sözlərinə görə, təşkilatın uzun illik fəaliyyəti dövründə belə təəccüb doğuran məsələ barədə müraciət edən olmayıb: “Təşkilata daxil olan şikayətlər əsasən qadınlara qarşı baş verən zorakılıq faktları ilə əlaqədar olur. Amma bu dəfə tam fərqli müraciət oldu. Üç nəfər fərqli xanım iddia edirdilər ki, onların bədənlərinə nəsə yeridilib və həmin qüvvə onları idarə edir. Bu qüvvə vasitəsilə onlar tam fərqli insana çevrilib, qeyri-adi hərəkətlər edə bilirlər. Qadınlar kifayət qədər ciddi danışırdılar. Düzdür, belə hadisələr barədə tez-tez mətbuatda oxuyurdum. Hətta bir ara Rusiyada belə tipli məsələlər sanki dəbə çevrilmişdi. Amma məhz belə bir faktla bizə müraciət olunması ağlımıza gəlmirdi. Açığı, belə məsələdə biz mütəxəssis deyilik. Ona görə də müraciət üçün onları Milli Təhlükəsizlik Nazirliyinə yönləndirdim. Biz qadın hüquqlarının müdafiəçisi kimi bu məsələni necə sübut edə bilərik?”

M.Zeynalova qeyd edib ki, həmin qadınların dediyinə görə, bədənlərindəki qüvvə onları qeyri-adi hərəkətlərə sövq edib. Güya həmin qüvvə onları istənilən formada nəyəsə təhrik edə bilir. Hətta qadınlar yuxuda həmin qüvvələrin onları zorlaya bildiyini də iddia edib. Təşkilat rəhbəri bildirib ki, qadınların müraciəti qeydiyyata almayıb və iddialar təşkilatın missiyasına uyğun olmadığı üçün ünvanlı orqana müraciət etmələri tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...