12 ölkə Şimali Koreyadakı səfirliyini bağladı

12 ölkə Şimali Koreyadakı səfirliyini bağladı

On iki ölkə və beynəlxalq humanitar təşkilatlar Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb ölkədəki kəskin ərzaq və dərman çatışmazlığıdır.

Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirliklərinin və beynəlxalq humanitar təşkilatların əməkdaşları ölkəni tərk edib.

Hazırda Şimali Koreyada 9 ölkənin səfiri və 4 ölkənin müvəqqəti işlər vəkili fəaliyyət göstərir ki, onlar da əməkdaşlarının sayını azaldıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...