Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTOLAR
Şəmkirdə yol polisi reyd keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reyd keçirilib.
Təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə şəxsin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar edilib. Görülən qanunamüvafiq tədbirlərlə həmin “sürücülər” saxlanılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.
Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında, eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara billməyib.
Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb. Ay ərzində keçirilən reydlər zamanı ümumilikdə 200-ə yaxın inzibati protokol tərtib edilib.
944 dəfə oxundu