Xankəndidə erməni qadın rus sülhməramlıdan hamilə qalıb - Hamı Baş leytenant Artyomu axtarır

Xankəndidə erməni qadın rus sülhməramlıdan hamilə qalıb -

Xankəndidə erməni qadın rus sülhməramlıdan hamilə qalıb.

Missiya.az xəbər verir ki, bu barədə məlumatı məşhur rus teleqram kanalllarından biri Pozdnyakov adlı blogerə istinadən yayıb.

Belə ki, 25 yaşlı Qayane Qrantovna Arzumanyan adlı erməni qadın Xankəndidə yerləşən Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyindən hadisəyə ədalətli münasibət göstərməyini tələb edir. Problemin incə məqamı odur ki, sözügedən qadın 2021-ci ilin yanvarında Qarabağda xidmətdə olan Artyom adlı baş leytenantla tanış olub. Qızın sözlərinə görə, onlar 2 həftəyə yaxın görüşüblər. Daha sonra Artyomla əlaqə yaratmaq mümkün olmayıb. Komandanlıq isə onun harda olması barədə qıza heç bir məlumat vermir.

Çox “mehriban” şəraitdə keçən görüşlərin artıq birinci həftəsində qız hamilə olduğunu öyrənib. O hətta bu barədə Artyomu da muştuluqlayıb.

Hazırda qadın hamiləliyin 4-cü ayındadır. Onun valideynlərinin müraciət etmədiyi təşkilat qalmayıb. Amma baş leytenant Artyomu “gördüm” deyən yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...