Cəlilabadda vəzifəli şəxslər sələmə pul verən müğənnini qətlə yetirib – TƏFƏRRÜAT

Cəlilabadda vəzifəli şəxslər sələmə pul verən müğənnini qətlə yetirib –

Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.

Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.

Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...