Bakıda qadını şantaj edən şəxs ələ keçdi

Bakıda qadını şantaj edən şəxs ələ keçdi

Bakıda qadını şantaj edərək görüşmək istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...