Ağacları kəsən direktora cinayət işi açıldı

Ağacları kəsən direktora cinayət işi açıldı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan araşdırmalarla, qeyd edilən ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Yasamal rayon polis idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...