Azərbaycanda üç uşaq anasını təcavüz etmək istədiyi üçün öldürən mollanın görüntüləri yayıldı - VİDEO

Azərbaycanda üç uşaq anasını təcavüz etmək istədiyi üçün öldürən mollanın görüntüləri yayıldı -

Lerik rayonun Barzavu kəndində üç uşaq anası Zəkifə Fərziyevanı qətlə yetirən mollanın görüntüləri yayılıb.

Belə ki, həmin kəndin mollası olan 1971-ci il təvəllüdlü Murad Əskərov cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, M.Əskərov 28 aprel tarixində Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əskərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Z.Fərziyeva etiraz edərək onu evindən qovub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...