Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanıldı

Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanıldı

Yerevanda Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, Yerevanın keçmiş meri Qaqik Beqlaryan hava limanında saxlanılıb.

Unikal.org erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə polisin mətbuat xidməti bildirib.

Sabiq nazir Moskvadan qayıdarkən saxlanılıb. Q.Beqlaryan 2020-ci ilin martında vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsait mənimsəmə ittihamları ilə axtarışa verilmişdi.

O, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistandan getmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...