Alpinist hansı məşhurların evlərini yarıb? - General oğlu və daha kimlər...

Alpinist hansı məşhurların evlərini yarıb? -

Bakıda evlərdən 2 milyonluq oğurluq edən alpinist sabiq futbolçunun mənzilini də qarət edib.

Gundeminfo.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi, "Keşlə"nin idman direktoru Ceyhun Sultanov özü məlumat verib.

O bildirib ki, 3 il əvvəl baş vermiş hadisə ilə əlaqədar bu gün polisə ifadə verib: "Həmin Cavid Süleymanov adlı şəxs bizim mənzilə də girib. Bu gün ifadə də vermişəm. O, artıq tutulub. Sizin vasitənizlə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Onlar hər sahədə öz işlərini peşəkar görürlər. Bir çoxları deyirdilər ki, heç kim oğrunu tapa bilməyəcək. Lakin bizim polislərimiz həmin şəxsi yaxalamaqla, necə peşəkar olduqlarını sübut etdilər".
Alpinist hansı məşhurların evlərini yarıb? -

Sultanov ona dəyən ziyanın məbləğini açıqlamaq istəməyib: "Mənim evimdən qızıl, xəz kimi qiymətli əşyalar götürülüb. Pul götürə bilməyiblər. Məbləği desəm, bir az düzgün çıxmayacaq. Bu gün ifadə vermişəm ki, evdən nələr aparılıb. Amma bu barədə dəqiq heç nə yoxdur. Olsa, olacaq, olmasa qalacaq. Bunu indi deyə bilmirəm. Həmin şəxsi görməmişəm. Sadəcə, müstəntiqlə görüşdüm".

Sultanov Yasamal rayonundakı evindən oğurluq olduğunu xatırladıb: "Mən belə peşəkar oğru görməmişəm. Öz binamda eyvandan baxanda belə, qorxuram. Amma o, eyvanın fasadından necə düşübsə, peşəkar olduğuna əminəm". /Report/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...