Nişanlandığı deyilən 8-ci sinif şagirdi ilə bağlı AÇIQLAMA

Nişanlandığı deyilən 8-ci sinif şagirdi ilə bağlı

Xəbər verdiyimiz ki, Masallıda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanmasıyla bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a Masallı rayon Bədəlan kəndi üzrə icra nümayəndəsi Hacırza Nağıyev açıqlama verib. Bildirib ki, nişan baş tutmayıb:

"Sadəcə ailələr tərəfindən buna cəhd edilib. Dünən icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları ilə birlikdə qızın ailəsinə baş çəkərək onları başa saldıq və nişanın keçirilməsinin qarşısını aldıq. Anası da izahat verdi ki, qızı məktəbi bitirəcək, 18 yaşı tamam olacaq, ondan sonra kiminlə istəsə, onunla evlənəcək. Hələlik o, həddi-buluğa çatmayıb. Qanun da onun nişanlanmasına icazə vermir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...