Qubada oğul atasını balta ilə öldürüb

Qubada oğul atasını balta ilə öldürüb
Quba rayonunda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...