Tanışına 1 milyon verdi, indi ala bilmir

Tanışına 1 milyon verdi, indi ala bilmir

Bakıda tanışı sahibkara qarşı 1 milyon manata yaxın dələduzluq edib.

“Gundeminfo” xəbər verir ki, bununla bağlı Saqi Mustafa oğlu Mustafayev polisə müraciət edərək şikayət edib.

O bildirib ki, bir müddət öncə Xalid adlı tanışı ondan 930 min manat alıb və qaytarmır.

Əldə etdiyimiz digər məlumata görə, Saqi Mustafayev bir neçə il öncə də öz obyektləri ilə bağlı məhkəməyə müraciət edib. O, “Akkord”a icarəyə verdiyi obyektin aylıq ödənişini ala bilmədiyi üçün şirkəti məhkəməyə verib, pulun ödənilməsini və tikilinin təmir etdirilərək saz vəziyyətdə geri qaytarılmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...