Borca görə balta ilə əl kəsənlərin daha biri tutudlu

Borca görə balta ilə əl kəsənlərin daha biri tutudlu


Zaqatalada borca görə 26 yaşlı oğlanın əllərini balta ilə kəsən şəxslərdən daha biri tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvü, rayon sakini Akif Mustafayev də saxlanılıb. Beləliklə, tutulanların saytı üçə çatıb.

* * *12:22

Zaqatalada 1350 manat borca görə 26 yaşlı gəncin əllərini balta ilə kəsməkdə təqsirlənən daha bir şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhər sakini Vüsal Vahid oğlu Bəşirovun hər iki əlini balta ilə kəsərək hadisə yerindən qaçan Zaqatala şəhər sakini Rəşad Tahirov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Baş Prokurorluq Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib ki, Zaqatala Rayon Prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apararaq Araz Musayevə borcu olduğu üçün onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparmalarına, bundan sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Zaqatala Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub. Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...