Meyiti tapılan neftçilərin hamısının suda boğulduğu məlum olub

Meyiti tapılan neftçilərin hamısının suda boğulduğu məlum olub


Onlar bu gün dəfn ediləcək

Dünən Xəzər dənizində meyitləri tapılan 6 neftçinin hamısının suda boğulma nəticəsində vəfat etdiyi müəyyən edilib.

Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tağıyev Fuad Tahir oğlu və 1968-cı il təvəllüdlü Mahmudov Ağa İzzət oğlunun cəsədləri Xətai, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun cəsədi isə Sabunçu morqunda müayinə edilib və onların hamısının suda boğulma nəticəsində öldüyü müəyyənləşib. 6 neftçinin cənazəsi artıq ailələrinə təhvil verilib və bu gün ərzində dəfn ediləcək.

Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş məlum hadisədən sonra itkin düşmüş daha 23 nəfərin axtarışları davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...