Aksiz markası olmayan siqaret satanlar 100 manat cərimələnəcək
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Lent.az-ın məlumatına görə, Məcəllədə aşağıdakı dəyişikliklər edilib:
1. 229-cu maddə üzrə:
1.1. maddənin adına “kənara çıxarılması” sözlərindən sonra “, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı” sözləri əlavə edilsin;
1.2. maddənin dispozisiyası 229.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 229.2-ci maddə əlavə edilsin:
“229.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -
yüz manat miqdarında cərimə edilir.”.
1.3. maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: Bu Məcəllənin 229.1-ci maddəsində "az miqdarda" dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə "az miqdarda" dedikdə əlli manatadək olan məbləğ başa düşülür”.
2. 360.1-ci maddədə “229” rəqəmləri “229.1” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
1670 dəfə oxundu