Cahangir Hacıyevin şikayəti təmin olunmadı

Cahangir Hacıyevin şikayəti təmin olunmadı


Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sabiq bankirin şikayəti təmin olunmayıb.


Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...