Ukraynada Azərbaycan diasporunun rəhbərini öldürən şəxs Lənkəranda tutulub

Ukraynada Azərbaycan diasporunun rəhbərini öldürən şəxs Lənkəranda tutulub


Ukraynada axtarışda olan şəxs tutulub. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) ilə axtarışda olan İlham Məmmədov tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədov beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Xatırladaq ki, bu il avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Onun qətlində iştirak edən dəstənin üzvləri, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu, milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıblar. Lakin dəstənin digər üzvü, 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğlu ölkədən qaçıb. Onun İranda gizləndiyi ehtimal olunurdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...