Nazirin qardaşının qudasını öldürülənə iş verildi - 18 İL

Nazirin qardaşının qudasını öldürülənə iş verildi -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib. Məlumata görə, E. Hacıyev R. Vəliyevin evində gözətçi işləyib.

Onu da qeyd edək ki, qətlə yetirilən R.Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...