Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub - Foto

Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub -
Bu gün şəhid olan əsgər Şəmkir rayonunun Qaracəmirli kənd sakini olub.
Gundeminfo.az xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti məlumat yayıb.
“Avqust ayının 3-də Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu həqiqi hərbi xidmətdə olarkən Laçın rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 3-ü səhər saatlarında Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Şəmkir Rayon İcra Hakimiyyəti şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!
Allah rəhmət eləsin!”, - məlumatda deyilir.
Oxu.az-a isə yaydığı məlumatda bildirib ki, A. Kazımov bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Qeyd olunub ki, hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.
Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...