Bakı İstintaq Təcridxanasında daha bir intihar

Bakı İstintaq Təcridxanasında daha bir intihar


Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilən Manaf Paşayev saxlanıldığı təcridxanada özünü asıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, bir neçə gün əvvəl təcridxanada saxlanılan keçmiş Milli Təhlükəsilik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev də özünü asaraq intihar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...