MİKAYIL İSMAYILOVUN "TOPDAĞITMAZ" SƏRVƏTİ - SOCAR-ın keçmiş vitse-prezidenti 2 rayonun ərazisini "işğal edib"
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun adı oxucularımıza yaxşı tanışdır. Çünki SOCAR-da çalışdığı 2005-2021-ci illər ərzində, xüsusən də korrupsiya və rüşvət faktları ilə bağlı mətbuatda onun barəsində dərc olunan məqalələri saymaqla bitməz. Bu adamın arxası o qədər güclü olub ki, fəaliyyəti dönəmində nə mətbuatda gedən yazılara əhəmiyyət verib, nə də çoxsaylı milyonluq yeyinti faktlarına rəğmən, kimsə ona “gözünün üzərində qaşın var” deyib.
Təsadüfi deyil ki, SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin 12 vitse-prezidenti olsa da, M.İsmayılov onların hər birindən, hətta şirkət rəhbərindən belə, özünü üstün tutub, kimsə ilə hesablaşmayıb. Məhz bu səbəbdən də, fəaliyyəti dönəmində onu bəzi mətbu orqanlar “SOCAR-ın boz kardinalı” kimi təqdim edirdilər. Baxmayaraq ki, digər 11 vitse-prezidentdən fərqli olaraq Mikayıl İsmayılovun bu şirkətdəki vəzifəsinin konkret nədən ibarət olduğu bəlli deyildi. Yəni SOCAR-ın rəsmi saytında hər bir vitse-prezidentin hansı sahəyə məsul olduğu öz əksini tapsa da, M.İsmayılovun adı sadəcə “vitse-prezident” olaraq qeyd edilirdi.
Bütün bu qeyri-müəyyənlik də onun barəsində müəyyən şayiələrin yaranmasına səbəb olmuşdu. Məsələn, belə bir fikir var idi ki, Rövnəq Abdullayev sadəcə “fiqurdur”, SOCAR-ın prezidenti vəzifəsini qeyri-rəsmi olaraq Mikayıl İsmayılov icra edir.
Əslində isə, bu kimi informasiyalar elə M.İsmayılovun məxfi göstərişi əsasında onun adamları tərəfindən məqsədli şəkildə cəmiyyətə ötürülürdü. O, bununla özünün “toxunulmaz” olduğunu nümayiş etdirmək istəyirdi. Bəzi hallarda isə ölkə rəhbərliyinin, hətta Birinci vitse-prezidentin adından da istifadə edirdilər. Məsələn, belə fikir vardı ki, guya, M.İsmayılov Mehriban xanımın “adamıdır”, ölkənin ən nəhəng şirkəti olan SOCAR-a nəzarət məhz ona həvalə olunub…
Xatırladaq ki, 2019-cı ildə SOCAR-da vergi yoxlaması nəticəsində vitse-prezident Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilmişdi. Bu səbəbdən, məlum yoxlamadan sonra, onun “monopoliya”sında olan və əsas qazanc mənbələrindən biri hesab edilən təchizat və satınalma məsələləri ondan alınaraq, SOCAR-ın başqa bir vitse-prezidentinə, konkret desək, Elşad Nəsirova həvalə edilmişdi.
Maraqlıdır ki, milyonlarla manat yeyinti faktı üzə çıxdıqdan sonra çoxları tərəfindən M.İsmayılovun həbsi gözlənilsə də, tamamilə əksi oldu. Belə ki, onu himayə edən qüvvənin müdaxiləsi ilə SOCAR-ın təchizat və satınalma məsələləri, şirkətin vitse-prezidenti olaraq, yenidən onun nəzarətində verildi, yəni dövlət şirkətində “qoyunu yenidən qurda tapşırdılar”.
Üstəlik, vəzifələrinin konkret dairəsi məlum olmadan, Mikayıl İsmayılovun rəsmi vitse-prezident postunu tutmaqda davam etməsi müxtəlif ehtimallar da yaradırdı. Hansı ki, onun Rövnəq Abdullayevin yerinə gətiriləcəyini deyənlər də var idi. Bütün bunlar da təsadüf deyildi. Çünki həmin günə qədər Mikayıl İsmayılovun adı “NOBEL OİL” şirkətində sovrulan milyardlar və keçmiş MTN olayları da daxil olmaqla, bir çox qalmaqallı hadisələrdə hallansa da, bütün bunlardan toxunulmadan çıxa bilmişdi.
Mikayıl İsmayılov necə oliqarxa çevrildi?
Yeri gəlmişkən, hələ SOCAR-ın vitse-prezidenti olduğu dönəmdə M.İsmayılov bir çox holdinqlərə sahib olmuşdu, bacarıqlı və “xeyirxah” iş adamı kimi təqdim olunurdu. Üstəlik, “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibi olan M.İsmayılovun bu “bacarığı” sayəsində rəhbərliyində təmsil olunduğu SOCAR şirkətinə dəyərindən artıq qiymətə yüzlərlə bahalı avtomobil satdığı da iddia edilirdi. Onu da deyirdilər ki, M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də sandıqda saxlayır, həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır.
Bu baxımdan, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilməsi onu o qədər də narahat etmirdi. Çünki bu şirkətin rəhbər vəzifələrində çalışdığı 16 il ərzində o qədər sərvət toplamışdı ki, bütün nəsli bundan sonra 100 il yesə də, tükənməz. Üstəlik, M.İsmayılov SOCAR-dakı bəzi qazanc mənbələri əldən çıxdı deyə oturub yığdığı pulları yemək fikrində də deyil. Əksinə, o, indi biznes sahəsinə daha çox vaxt ayırmaqla, necə deyərlər, sərvətinə sərvət qatmaqdadır. Məsələn, keçmiş vitse-prezident vəzifədən atıldıqdan sonra kənd təsərrüfatı sahəsində də xeyli qabağa gedib. Şamaxı, Ağsu və Kürdəmir rayonlarının əkin və otlaq sahələrinin böyük hissəsinin məhz Mikayıl İsmayılova aid olduğu bildirilir. Ümumilikdə isə, Mikayıl İsmayılovun maliyyə sərvəti araşdırılsa, bəlkə də adı dünyanın milyarderləri siyahısına düşə bilər.
Keçmiş vitse-prezidentin obyektlərinin siyahısı…
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, M.İsmayılov uzun illərdir medianın gündəmində olan şəxsdir. Bu səbəbdən, onun sahibi olduğu villalar, mənzillər, bahalı maşınlar, obyektlər, torpaq sahələri və s. barəsində də çoxsaylı informasiyalar verilib, qəzet və saytlarda fotoları dərc olunub. Lakin “Hürriyyət”in mötəbər qaynaqlardan əldə etdiyi son məlumatlar belə deməyə əsas verir ki, keçmiş vitse-prezident 2021-ci ildən sonra biznes imperiyasını xeyli genişləndirib, yeni-yeni obyektlər alıb, böyük torpaq sahələri ələ keçirib və s. Odur ki, gəlin, Mikayıl İsmayılovun son vaxtlar əldə etdiyi obyektlərlə bir-bir tanış olaq. Məlumat üçün bildirək ki, onların böyük əksəriyyəti müxtəlif qohumlarının adına sənədləşdirib:
- Ağsu-Kürdəmir yolunun kənarında, Şahbəyli kəndinə dönən yolda fəaliyyət göstərən makaron zavodu. Bu zavod M.İsmayılov tərəfindən yeni satın alınıb;
- Mikayıl İsmayılovun qardaşı Müşfiqin adına olan idman kompleksi. Yanındakı stadionun müdiri isə dayısı oğlu Nizamidir və hazırda 5000 manata AFFA-ya icarəyə verilib;
- Ağsu şəhərində, cayın kənarında 4 hektar ərazinin içində 3 ədəd villa, böyük meyvə bağı. Qardaşı Müşfiqin adınadır;
- “Pereval” deyilən ərazidə “Panorama” və “Axırıncı aşırım” adlı restoranlar. Hər birinin təxminən 3 milyon manat qiyməti olduğu bildirilir. “Panorama” M.İsmayılovun sürücüsü Yaşarın, “Axırıncı aşırım” isə qardaşı Mübarizin adınadır;
- Şamaxının Şərədli kəndi yaxınlığında “Şərədli” restoranı da qardaşı Müşfiqin adınadır;
- Ağsu parkının ərazisində “Ümid” restoranı və “Ümid” adlı aptek. Hər iki obyekti yeznəsi Ərəstun işlədir;
- Bakıda, 7-ci mikrorayonda 2 ədəd 16 mərtəbəli bina. Hazırda binadakı mənzillər satışa çıxarılıb. M.İsmayılovun daha çox qazanması üçün həmin binada işləyən işçilərlə əmək müqaviləsi bağlanılmır;
- Bakıda yerləşən “Çinarlı Plaza”. Köməkçisi Rövşənin adınadır;
- “E-manat” ödəmə terminalları da Mikayıl İsmayılova məxsusdur;
- Bakıda “Modern” şirkətlər qrupuna daxil olan, eyniadlı hospitalın iki binası;
- “Sədərək” Ticarət Mərkəzinin qarşısında, “Meyvəli” ilə üzbəüzdə yerləşən “Azqranata” logistika mərkəzi. 6 ədəd böyük anbarı var;
- Gədəbəydə təzə açılan pansionat;
- Şamaxı rayonunun Sağyan kəndi ərazisində, meşənin içində 3 ədəd villa, yolun kənarından görünür;
- Avahlıda villa və 5 ulduzlu otel;
- Çuxuryurdda və Kirovkada villalar;
- Pirallahıda dənizin kənarında boyük qəsr;
- “Azqranata” zavodu da Mikayıl İsmayılova məxsusdur;
- Ağsuda, stadionun arxasında 2 ədəd hasara alınmış 3 hektar boş torpaq sahəsi;
- Ağsuda “Rabitəbank”ın binası. Binada notarius və sığorta şirkəti də fəaliyyət göstərir. Qardaşı Müşfiqin adınadır və ümumilikdə 5 min manata icarəyə verilib;
- “Rabitəbank”ın yanında hasara alınmış 2000 kvadrat metr boş ərazi. Həmin ərazini Mikayıl İsmayılov vaxtilə Ağsu xəstəxanasında həkim işləmiş Kamran adlı həkimdən alıb;
- Ağsuda “Azqranata”zavoduna məxsus 2 ədəd mağaza;
- Ağsuda daha 6 ədəd villa;
- Çiyni kəndində “Aqropark”. Dövlət dəstəyi ilə tikilib, qardaşı Müşfiqin adınadır;
- Çiynidə 5 hektar ərazidə böyük anbar;
- Ağsuda, qaz idarəsi ilə üzbəüz böyük anbar;
- Ağsunun Hacqədirli kəndi ərazisində 3 min hektar üzüm və nar bağı. Dayısı oğlu Nazimin adınadır;
- “Azqaranata” ilə üzbəüz böyük villa;
- Ağsu şəhərində Regional Qaz İdarəsinin yerləşdiyi bina. SOCAR-a 7500 manata icarəyə verilib;
- Ağsu şəhərində hazırda tədris mərkəzi, kurs kimi istifadə olunan bina. Yeznəsi Ərəstunun adınadır və Güvənc adlı şəxsə 4000 manata icarəyə verilib;
- Fotoda gördüyünüz digər obyektin birinci mərtəbəsi aptek, üst mərtəbəsi isə gözəllik salonudur, yanında isə İran məhsulları satılan mağaza fəaliyyət göstərir. M.İsmayılovun yeznəsinin adına olan obyekt Sahib adlı şəxsə 2500 manata kirayəyə verilib;
- Ağsuda çay kənarında İmişli neft idarəsinin maşınları “Azqranata” zavodu üçün artezian quyuları vururlar. Halbuki, həmin maşınların fərdi şəxslərə xidmət etməsi qadağandır;
Əlbəttə, Mikayıl İsmayılovun yuxarıda sadalanan obyektləri yalnız bizə bəlli olanlardır. Şübhə yoxdur ki, onun biznes imperiyasına daxil olan obyektlərin sayı dəfələrlə çoxdur. Odur ki, növbəti saylarımızda bu haqda daha geniş məlumat verməyə çalışacağıq.
Hazırladı: KƏNAN
P.S. SOCAR-ın keçmiş və indiki rəhbərliyində çalışan bir sıra oliqarx məmurlarla bağlı da geniş araşdırma aparırıq. Növbəti saylarımızda M.İsmayılovla yanaşı, onların hər biri haqda da ayrıca yazı dərc edəcəyik. Bizi izləyin.
721 dəfə oxundu