Goranboyun qalmaqallı məktəbində müəllim şagirdi döyərək xəstəxanalıq edib – FOTO -AUDİOFAKT

Goranboyun qalmaqallı məktəbində müəllim şagirdi döyərək xəstəxanalıq edib –
Goranboy rayonun Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbinin informatika müəlliməsi Xuraman Quluyeva 4- cü sinif şagirdlərini döyərək xəstəxanalıq edib.

AMİA.AZ xəbər verir ki , hadisə 12 aprel 2023-cü il tarixdə baş verib.

Belə ki, informatika müəllimi Xuraman Quluyeva məktəbdə şagirdlərin gözü qarşısında 4-cü sinifdə oxuyan Rəhim Səmədov və Rza adlı şagirdlərin baş-beyin nahiyyısinə çoxsaylı zərbələr endirib.Nəticədə halı pisləşən Rza adlı şagird qusmağa başlayıb. Bu hadisədən dərhal məlumat tutan valideyinlər öz övladını Goranboy rayonun Mərkəzi Xəsətəxanasına aparıblar.

Rza adlı şagirdi həkimlər müayinə edərək onu 2 gün də xəstəxanada saxlayıblar.

Goranboyun qalmaqallı məktəbində müəllim şagirdi döyərək xəstəxanalıq edib –
Goranboyun qalmaqallı məktəbində müəllim şagirdi döyərək xəstəxanalıq edib –

Bu, məktəbdə sözün əsl mənasında “dərə xəlvət, tülkü bəydir” – deyimi hər kəsə bəllidir. Məktəbdə pulyığımı, oğurluq, dava-dalaş kimi çoxsaylı faktlar olmasına baxmayaraq direktor Güntəkin Cəfərovaya gözünü üstə qaşın var deyən olmayıb.Ancaq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təyin ediləndən sonra bu xanım direktora “şiddətli töhmət”lə cəzalandıra bilib.
Amma nə olsun ki, məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə almırlar.
Bəs görəsən, bu orta məktəbdə çalışan psixoloq öz vəzifə funksiyalarını necə yerinə yetirir? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirmi? Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin “Məktəbdə Uşaq Birliyi” rəhbərinin fəaliyyəti də ürək açan deyil.
Belə olmasaydı çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləsəydi azyaşlı uşaqların döyülüb şiddətə məruz qalması da baş verməzdi.

Məlumat ūçūn qeyd edək ki,informatika müəllimi Xuraman Quluyeva bir gündə iki şagirdi döyüb.


Redaksiya olaraq inanırıq ki, aidiyyatı dövlət qurumları baş verən insidentlə bağlı müvafiq araşdırmalar aparıb məsələyə hüquqi qiymət verəcəkdir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Döyülmüş şagirdin anasının səs yazısını təqdim edirik:






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...