MTN-çilərin əmlak savaşı - Çovdarovla Şıxəliyev üçün çətin döyüş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisləri Akif Çovdarovla Mövlam Şıxəliyevin əmlak savaşı davam edir.
Qaynarinfo xatırladır ki, Akif Çovdarov azadlığa buraxıldıqdan sonra müsadirə olunmuş əmkalarını geri almaq üçün məhkəməyə müraciət edib.
Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə istəyinə nail olub. Akif Çovdarovun ümumi dəyəri milyonlarla manatla ölçülən əmlakı geri qaytarılıb. Lakin onun sevinci uzun sürməyib. Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə kassasiya protesti verib.
Akif Çovdarovla bağlı qərar ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanmışdı. Xüsusilə, hökumətin islahatlar apardığını bəyan etdiyi birmənalı qarşılanmadı. Bu baxımdan, ehtimal olunur ki, qəfildən Akif Çovdarovun əmlakları ilə bağlı qərardan protest verilməsi hakimiyyəti qınaq obyekti olmaqdan xilas etmək, eyni zamanda rəqiblərin arqumentlərini zəiflətmək üçün atılan addımdır. Bu halda Baş Prokurorluğun verdiyi protestin təmin ediləcəyi gözləniləndir.
Digər tərəfdən, Akif Çovdarovun əmlakları arasında mübahisə predmeti olan obyektlər də var. Bunlardan biri "8-ci kilometr” bazarıdır. Akif Çovdarov bu bazarda 50 faiz paya sahibdir. Digər 50 faiz isə milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədova məxsusdur.
Lakin bazarın sahibi Çingiz Əsədov iddia edir ki, keçmiş nazir müavini ilə Akif Çovdarov bazarı qanunsuz olaraq ələ keçiriblər. Bu baxımdan, o da Ali Məhkəməyə kassasiya şikayəti verib.
Beləliklə, iki cəbhədə döyüşməli olan Akif Çovdarovun bu savaşdan qalib çıxacağı inandırıcı görünmür.
Mövlam Şıxəliyevə gəlincə, Bakı Hərbi Məhkəməsinin onun barəsində çıxardığı hökmdən sonra keçmiş idarə rəisi və ailə üzvləri müsadirə olunmuş əmlaklarının geri qaytarılması ilə bağlı hüquqi addımlar atmağa başlayıb.Lakin hələ ki, bir nəticəyə varmayıb.
Mövlam Şıxəliyevin də çabaları səmərəsiz görünür. Əvvəla, əmlaklarının bir hissəsi elə Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmlə geri qaytarılıb. Bu əmlakların ümumi maliyyə dəyəri 2 milyon manatdan çoxdur. Mövlam Şıxəliyev isə yerdə qalan əmlaklarını da geri istəyir ki, bunlarla bağlı müəyyən mübahisələr mövcuddur. Zərərçəkənlər iddia edir ki, həmin əmlaklar onlardan hədə-qorxu yolu ilə alınan pullar hesabına ərsəyə gətirilib. Yəni, cinayət yolu ildə əldə edilib.
Mövlam Şıxəliyevin işində zərərçəkənlərin sayı digərləri ilə müqayisədə çoxdur. Onların hər biri dəymiş zərərin ödənilməsində israr edir.
Biz hələ onu demirik ki, zərərçəkənlər apellyasiya şikayətlərində Mövlam Şıxəliyevə qaytarılmış əmlakların yenidən müsadirə olunmasını tələb edirdilər.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxladığına görə zərərçəkənlər kassasiya şikayəti verəcəklərini bildirib.
Bəzi iddialara görə, prosesin sonucu olaraq Mövlam Şıxəliyev nəinki yerdə qalan əmlaklarını geri ala, əksinə ona qaytarılan əmlaklarını da itirə bilər.
Akif Çovdarov MTN-nin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. General-mayor rütbəsi daşıyıb. 2015-ci ildə bir sıra ağır cinaytərlərdən ittiham olunaraq 12 azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.
Mövlam Şıxəliyev isə MTN-nin İstintaq Baş İdarəsinin rəisi olub. General-mayor rütbəsi daşıyıb. Bir sıra ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
422 dəfə oxundu