Məhluqə Rəhimovaya 1 milyon manat pul "atıblar"

Məhluqə Rəhimovaya 1 milyon manat pul "atıblar"

Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın 1 milyon manat pulunu mənimsəyən şəxs axtarışa verilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Nadirov Ramis Mövlud oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Onun barəsində axtarış elan olunub.

Qeyd edək ki, M.Rəhimovaya qarşı dələduzluq edilməsi barədə bir neçə il əvvəl mediada məlumatlar yayılmışdı.

Mətbuata danışan Məhluqə Rəhimova qeyd edib ki, Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci və 1957-ci il təvəllüdlü Ramis

Mövlüd oğlu Nadirov 1 milyon manata yaxın pulunu mənimsəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...