“AZƏRİŞIQ” ƏMƏKDAŞINDAN ŞOK AÇIQLAMALAR – ASC daxilində baş verən qanunsuzluqlarla bağlı ölkə rəhbərliyinə müraciət
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin texniki istehsalat şöbəsinin aparıcı mütəxəssisi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-27/69B, mənzil 24-də yaşayan Cavadova Jalə Əli qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, DTX sədri Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, eləcə də Prezidentinin köməkçisi Anar Ələkbərova, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərova və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Cavadova Jalə Əli qızı, “autizm” xəstəsi olan azyaşlı uşağın anasıyam. 2 azyaşlı övladım var. 17 ildir energetika sistemində işləyirəm. Yoldaşım Qubadlıdan məcburi köçkündür. Evimiz yoxdur.
03 fevral 2023-cü ildə Sumqayıt RETSİ-nin aparıcı mütəxəssisi Gülbacı Dadaşova 123 nəfər işçini təhqir və təhdid edərək, “ya ərizə yazıb Xaçmaz RETSİ-yə keçirsiniz, ya da ixtisar olunursunuz”, - dedi. Bu özbaşınalıqla bağlı 06 fevral 2023-cü ildə cənab Prezidentə şikayət ərizəsi yazdığım üçün “Azərişıq” ASC rəhbərliyi və rəisləri (R.Yusifov, S.Baxışov, A.Ləzimzadə, H.Əzizov, E.Alıyev, N.Məhərrəmov, Z.Quliyev) 1 ildir mənə təzyiq göstərərək, şər-böhtan ataraq, işdən çıxarmaqla hədələyirlər...
Bildirirəm ki, “Azərişıq” ASC-dəki məmur özbaşınalığı ilə bağlı etdiyim şikayətlərdən sonra cənab Prezidentin və hörmətli Mehriban xanımın sayəsində məni 10.07.2023-cü ildən aparıcı mütəxəssis (aşağı əmək haqqı ilə) vəzifəsinə keçirdilər. Qubadlı rayon məcburi köçkünü olan ali təhsilli həyat yoldaşım Vüsal Cavadov da (aşağı əmək haqqı ilə) işlə təmin edildi. Hazırda aparıcı mühəndisdir. İşlədiyi müddət ərzində şöbənin bütün üzvlərinə 2-ci dəfədir mükafat verilir, təkcə mənim yoldaşımın haqqı yeyilib, mənimlə prinsip apardıqlarına görə mükafatdan məhrum edilib. Orta məktəbi bitirib işləyənlər, orta təhsillilər bizim ikimizin maaşını alır.
Sədr müavini Ramil Yusifovun ən sadiq işçisi, Sumqayıt RETSİ-nin istismar üzrə rəis müavini Elçin Alıyev məni kollektivə təqdim etdi. Şöbəni rəisi olmadığı üçün rəis vəzifələrinin icrasını da mənə həvalə etdi. Lakin işlərimi (katibəyə həvalə etdiyi, texniki şərtlərin xidməti məlumatının yazılması və portala vurulmasını) mənə vermədi, şər qüvvələrlə bir olub, mənə oyun quraraq işləməyə imkan vermədi.
İşlədiyim şöbədə adı gedən, lakin E.Alıyevə katibəlik edən vəzifəcə mühəndis olan Şahnaz Məmmədova tərəfindən digər işçilərin şərəf və ləyaqətlərinin alçaldılmasının, işçilərin ünvanına nalayiq küçə söyüşləri söyməsinin şahidi oldum. E.Alıyevin katibəsinin texniki binada hegemonluq etməsinin və bir sözlə, İstismar binasının dolayısıyla katibə tərəfindən idarə olunduğunun şahidi oldum. Katibənin bu özbaşınalıqları haqqında öncə E.Alıyevə, sonra isə region rəisi H.Əzizova müraciət etdim. Şikayətdən sonra E.Alıyev mənim yoldaşıma zəng edərək, söhbət etmək istədiyini bildirib. O, bizi restoranda kabab yeməyə məcbur etmiş, evimə kabab, meyvə göndərmişdi ki, mən Sumqayıtdakı özbaşınalıqları sədrə bildirməyim. Mən heç nəyə görə haqlı əqidəmdən dönən qadın deyiləm. O, anasının qəbrinə, uşaqlarının canına and içib qayda-qanunla tədbir görəcəyinə söz versə də, oyunlarına davam etdi. Həqiqəti bildiyi halda, Arif Ləzimzadəyə zəng edib məni şərləyərək, səhvləri mənim üstümə atıb. O, H.Əzizovla əlbir olub, işçiləri təhqir edən katibə barəsində tədbir görmək əvəzinə, məni bütün işlərdən kənarlaşdırdı. Bütün işləri katibəlik edən Ş.Məmmədova ilə şöbənin digər mühəndisi, 68 yaşlı təqaüdçü, V.Əhmədovun əmrlərinə “səhv edib, mənim işləməyə ehtiyacım yoxdur, kefimdən gəlirəm işə” deyən Günlarə İsmayılovaya həvalə edərək, hər ikisini baş idarə binasında ayrıca otağa köçürdülər.
Dövlət idarəsində işçiləri nalayiq küçə söyüşləri ilə təhqir edən Ş.Məmmədova barəsində ölçü götürülməsi, habelə işlərimin əlimdən alınması ilə bağlı “Azərişiq” ASC-nin sədr müavini Ramil Yusifova və sədr Vüqar Əhmədova şikayət etsəm də, nəticəsi olmadı. Bu hadisədən sonra Sumqayıt Elektrik Şəbəkəsinin mühəndisi, şəhid ailəsi, məcburi köçkün, ali təhsilli energetik Quliyev Anar Ələmqulu oğlunun media üzərindən “Azərişıq” ASC-dəki özbaşınalıqlarla bağlı paylaşdığı videomüraciətə haqlarımın tapdalanması ilə bağlı rəy yazdıqdan sonra mənə qarşı təzyiqlər, təqiblər daha da artdı. Nahar fasiləsi zamanı işlədiyim otağa gəlib, özünü nəzarət idarəsinin işçisi kimi təqdim edən Zabil Quliyevə (deyilənlərə görə Vüqar Əhmədovun tələbə yoldaşı) üzərində birka olmadığını irad tutduqdan sonra, mənə dedi ki: - “sən kimsən ki, məndən vəsiqə tələb edirsən”. Özümü müdafiə və onun bu özbaşınalığını sübut etmək üçün mobil telefonumu götürüb hadisəni videoqeydə alacağımı bildirən zaman, mənə qarşı zor tətbiq edərək, şəxsi telefonumu əlimdən aldı. Nahar vaxtı olduğu üçün yediyim yeməyi masama dağıtdı, otağı da bərbad günə qoydu. Hadisə barədə dərhal 102-yə məlumat verdim.
Hadisədən xəbər tutan media nüamayəndələri saat 17-00 dan sonra otağıma gəldilər. Onlara müsahibə verən zaman “Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə də iş otağıma gəldi. Məni təhqir etdi: - “tərbiyəsiz! Səni buradan it kimi sürütdədərəm, kimə istəyirsən, hara istəyirsən şikayət et”, - dedi(hadisəni sübut edən video görüntülər var).
Prezidet İlham Əliyev məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğu 1 nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Arif Ləzimzadəyə kim ixtiyar verib ki, məni təhqir etsin?! Harınlığın dərəcəsinə baxın ki, “Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə tabeliyindəki işçini təhqir edir...
“Azərişıq” ASC-nin hüquq idarəsinin harınlamış rəisi heç kimə lazım olmayan Arif Ləzimzadə tərbiyəsiz rəftarı ilə cənab Prezidentə, Onun göstərişlərinə qarşı çıxmışdır. Əfsuslar olsun ki, “Azərişıq” sədri Vüqar Əhmədov bu özbaşınalıqlara göz yumur, işçilərin şikayətlərinə baxmır. İşçi onun qəbuluna düşüb dərdini deyə bilmir. Bu adamın başı nəyə qarışıb, kimə qarışıbsa işçini qəbul etməyə vaxtı olmur.
İnanıram ki, Azərbaycan qadınına qarşı belə tərbiyəsiz davranan Arif Ləzimzadə kimi məmurlarlar cənab Prezidentin qəzəbinə tuş gələrək, qeyd-şərtsiz vəzifəsindən azad ediləcək və barəsində ciddi tədbir görüləcəkdir.
Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-yə sədr təyin edərkən, “Barmek” şirkətini sərt tənqid edərək demişdi: ““Barmek” şirkəti Azərbaycanın enerji təsərrüfatını tamamilə sıradan çıxarmış, bu sistemi bərbad vəziyyətə salıb, ölkədən milyonlarla pul aparıb”.
İnternet resurslarına istinadən bildirirəm: “Barmek”in keçmiş baş menecer işləyərkən Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilən Çingiz İbadovu Vüqar Əhmədov “Azərişıq” ASC-nin Enerji Alış İdarəsinin rəis müavini təyin edib. Buna nə ad verək?
1. Çingiz İbadov Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakında departament direktoru işləyərkən də mütəşəkkil dəstə ilə mənimsəmə və israfetmə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığına yol verdiyi üçün Ağır Cianyətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.
2. 14.000 işçisi olan “Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin rəisi Sakit Baxışov keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun müdiri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil dəstə ilə rüşvə talma, təkrar rüşvətalma, külli miqdarda rüşvətalmaya görə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.
3. Beynəlxalq bankdan götürdüyü külli miqdarda pulu mənimsədiyinə və külli miqdarda dələduzluğa görə həbsdə yatan Mehman Mehdiyev Qaradağ RETSİ-yə rəis təyin edilib.
4. Prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov müşavir təyin edilib.
Hesab edirəm ki, belə şəxslərin “Azərişıq”da rəhbər işləməsi qurum adına ləkədir.
Üstəlik, bu idarədə cənab Prezidentin imzaladığı qanunlara məhəl qoyulmur. Belə ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən qanun qeydiyyatı olmayan evlərə, tikililərə elektrik enerjisi verilişini qadağan edir. Lakin, bildiyimə görə, həmin abonentlərə 170 manat cərimə yazıb, daha sonra evlərə kod açıb sayğac qoyurlar. Bunun qarşılığında isə abonentlərdən 800 manat pul alırlar.
“Azərişıq” ASC-də cənab Prezidentin yürütdüyü gənclər siyasətinə də əməl olunmur. Qurum təqaüdçülərlə doludur. Ali təhsilə, iş təcrübəsinə məhəl qoyulmur. Orta məktəbi bitirənlər ali təhsillilərdən yüksək əmək haqqı alır.
Energetika sisteminin başında energetik olmaqdan, qondarma Sumqayıt RETSİ-nin rəisi ixtisasca hüquqşünas olan, energetikadan bixəbər, “nol”nan “faza”nı ayıra bilməyən, sxemi izah edə bilməyən H.Əzizov durur. O, öz ixtisasını belə bilmir ki, mən bülletendə olan müddətdə işçiləri yığıb, mənə görə iclas edib, "Jaləni 70 c bəndi ilə işdən çıxartmışıq, onu idarəyə buraxmayın" deyərək, mühafizəyə əmr edib. Bunlar nə qədər harınlayıblar ki, dövlətin idarəsini dədələrinin idarəsi ilə səhv salırlar.
Bütün bu özbaşınalıqların nəticəsidir ki, son 3 ayda Sumqayıtda misli görünməmiş faciə yaşandı. 3 nəfər gərginliyə düşdü. Onlardan biri yeniyetmədir, qolu kəsilib yarımcan olub(2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyev). Digər 2-si faciəvi şəkildə vəfat etdilər. Hər 2-si bayram günü, şənbə günü işə çıxarılan Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşları idi. Heç bir qoruyucu avadanlıq olmadan, ev xidmətinin işçilərini hava xidmətində işə çıxarıb, yüksək gərginlikli xəttin biri açılıb, digəri yanılı qaldığı üçün həyatlarını itirdilər. Bunlar: 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev, 1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyevdir.
Qurumda sosial ədalətsizlik, təbəqələşmə, ayrı-seçkilik gedir. “Azərişığ”ın baş idarəsində işləyənlərlə rayonlarda işləyənlər arasında kəskin maaş fərqləri var. Cənab Prezidentin sərəncamları ilə əmək haqları, pensiya və müavinətlər artırılsa da “Azərişıq”da maaş artımı yoxdur. Yüksək əmək haqqı, mükafat, paket öz adamlarına və özlərinə verilir. Şikayət edənləri təqib etməklə, işdən çıxarmaqla hədələyirlər.
Nazirlər Kabinetinin qərarı olmadan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 01 noyabr 2022-ci il tarixli daxili əmrlə dövlət daşçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “dəyişiklik” edib. “Şimal” RETSİ-ni ləğv edib, 2 yeni region - “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaradıb. Halbuki Prezidentin sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur.
Bu ərizədə yazdıqlarım barədə faktlar, sübutlar, hətta şahidlər vardır. 1 ildir şikayətlər yazmağıma baxmayaraq, heç bir qurum mənim şikayətlərimə baxmır. Heç bir dövlət orqanı “Azərişıq” ASC-dəki məmur özbaşınalıqları barəsində tədbir görə bilmir. Açıq-aşkar etiraf edirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur.
Cənab Prezident! Hörmətli Mehriban xanım! Göydə Allaha, yerdə ümidim sizədir. “Azərişıq” ASC-dəki məmur özbaşınalığını ciddi nəzarətə götürüb, günahkarları cəzalandıracağınıza, bir qadına, bir anaya edilən zülmə səssiz qalmayacağınıza inanıram.
Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
331 dəfə oxundu