Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqdarda borcu var – ABB niyə susur?

Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqdarda borcu var –
Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Qaynarinfo-nun məlumatına görə, hazırda həbsdə olan Tağı İbrahimovun rəhbərlik etdiyi “Bakı Ağac Emalı” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 195.354,58 manat vergi borcu var.

Onun banklara da kifayət qədər borcu yaranıb. Əldə etdiyimiz məlumata görə, sözügedən zavod Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olub.

Məsələ ilə bağlı Qaynarinfo ABB-yə soruğu ünvanlasa da bu barədə saytımıza nə yazılı, nə də şifahi cavab verilməyib.
Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqdarda borcu var –

Tağı İbrahimov
Onu da deyək ki, şirkətin qanuni təmsilçisi isə Əkbərov Natiq Məmmədrəhim oğludur.

Natiq Əkbərovun adı bir neçə il əvvəl də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahsında olub. Hazırda da onun sözügedən borca görə ölkədən çıxışı məhdudlaşdırıldığı deyilir.
Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqdarda borcu var –

ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu olub və 2020-ci ildə dünyasını dəyişib. Sözügedən zavod isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib.

Qeyd edək ki, sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...