Direktorla həkim arasında qalmaqal: 30 il sonra işdən çıxarıldı, məhkəməyə üz tutdu
Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovla sözügedən tibb ocağının ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu olmuş Bahar Novruzova arasında qalmaqal davam edir.
Qaynarinfo xatırladır ki, Elviz Qasımov Respublika Klinik Xəstəxanasının direktoru təyin edildikdən sonra Bahar Novruzova işdən çıxarılıb. O, xəstəxanaya məxsus dərmanları kənara çıxarmaqda ittiham edilib.
Bahar Novruzova isə mediaya açıqlamasında ittihamın əsassız olduğunu bildirib: "Hüquqşünas mənə dedi ki, sən xəstəxananın dərmanlarını kənara çıxarmaqda təqsirləndirilirsən, ya indi könüllü çıx, ya da 70C ilə çıxarılırsan. Xəstəxanada bütün dərman işlərinə baxanların yanına, bütün şöbələrə getdim ki, məndən götürülən dərmanların xəstəxanaya qəbul seriyası yoxlanılıb, kim qərar verdi ki, bunlar xəstəxananındır? Hamı dedi bizi işə qatma, biz dərman yoxlamamışıq. Bəs əskiklik yoxdur, sərfiyyat düz, çıxar düz, dərmanlar necə oldu sizin oldu?".
Əldə etdiyimiz məlumata görə, Bahar Novruzova işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət edib. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı olub.
Lakin birinci instansiya məhkəməsi Bahar Novruzovanın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Bahar Novruzovanın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Azad İmanov iş üzrə hakim təyin edilib.
Bahar Novruzova 30 il Respublika Klinik Xəstəxanasında çalışıb.
338 dəfə oxundu