Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?

Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? -

Tenderlər "kralı" kimi bilinən, dövlət qurumlarının, ən əsas da Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) "sevimli" şirkəti olan ATF MMC əl dəyişdirib.

32gun.az xəbər verir ki, Təbriz Muradov milyonluq tebderlərin qalibi olmuş nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçiliyindən çıxıb.

Onun yerinə qanuni təmsilçi olaraq qardaşı Azad Muradov yazılıb.

Bununla bağlı bir çox qalmaqallı iddialar səslənir. Lakin hələlik heç bir dəqiqləşmiş rəsmi məlumat əldə etmədiyimiz üçün iddialarla bağlı məlumat vermirik, ancaq Məsələni diqqətdə saxlayırıq.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.

Həmçinin yerli mətbuatda gedən məlumatlarda qeyd edilib ki,

Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.

Hələ 2021-ci ildə mətbuatın yazdığına görə, "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

Yerli mediada gedən məlumatlara görə bütün bu "seçimlər" S.Məmmədovun müavini Əvəz Qocayevlə arasında problemə səbəb olub. Hətta iddiaya görə S.Məmmədov hətta Qocayevi və onun vəzifəyə gətirdiklərini ozundən uzaq tutmağa çalışır.

Yerli mediada gedən məlumatlara görə, Əvəz Qocayevin fəaliyyəti sədr Saleh Məmmədov tərəfindən də lazımınca qiymətləndirilmir. Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Belə bir səbəbdən də, sədr Saleh Məmmədovun öz müavinini işindən uzaqlaşdıracağı ilə bağlı sərəncam verəcəyini, bu gün tam əksəriyyət səbirsizliklə gözləməkdədir. Buna əsas səbəb, Əvəz Qocayevin adının daha çox qalmaqallı məsələlərdə hallanmasıdır. Bir sözlə, AAYDA-nın sədri artıq Əvəz Qocayev yükündən azad olunmaq istəyinə düşdüyü də söylənilir. Söz yox ki, vəziyyətin belə bir həddə gəlib çatmasında Əvəz Qocayevin danılmaz xidmətləri var.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...