Möhbalıyev qudasının güdazına getdi: Əli Həsənov AHİK sədrinin “başını yedi”
Bir neçə gündür mediada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyevin istefa verdiyi, bununla əlaqədar olaraq ərizəsinin alındığı bildirilir.
Qeyd edək ki, Pravda.az tərəfindən ilk olaraq dövriyyəyə buraxılan məlumatda vurğulanır ki, istefa avqust ayında elan ediləcək. Bundan başqa, AHİK yayın sonunda qurultaya da hazırlaşır. Həmçinin qeyd edilir ki, 2006-cı ildən AHİK-in katibi-maliyyə şöbəsinin müdiri olan Qalib Qəribovun fəaliyyəti də yoxlanacaq. Onun sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu olduğu bildirilir.
Hərçənd Təşkilatın sözçüsü Rəşad Nəsirov məlumatı təkzib edib. O, yayılan xəbərin həqiqətəuyğun olmadığını deyib.
Tribunainfo.az bununla bağlı apardığı araşdırma zamanı məlum olub ki, həqiqətən də Səttar Möhbalıyev istefa ərizəsi yazıb. Lakin o, bunu öz istəyi ilə etməyib. Məlumatlı mənbələr bildirir ki, Möhbalıyevlə hakimiyyət dairələri arasında münasibətlər bir qədər əvvəl pozulub. Buna səbəb isə AHİK sədrinin qudasına ciddi dəstək verərək, yardım etməsi olub. Belə ki, Möhbalıyev hakimiyyət tərəfindən “vurulmuş” qudası, Prezidentin İctimai-siyasi məsələlər üzrə keçmiş köməkçisinə biznes şəraiti yaratmaqla yanaşı, ona maliyyə yardımları da edib.
İddia edilir ki, Möhbalıyev Həsənova AHİK daxilində bir neçə sanatoriyanın işlərini həvalə edib. Düzdür, bu məsələ başqa adamların və şirkətin adı altında həyata keçirilib. Lakin bu yaxınlarda məsələnin üstü açılıb və yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Hətta məsələ o qədər böyüyüb ki, Səttar Möhbalıyev xəstəxanalıq belə olub.
Elə bu səbəbdəndir ki, Səttar Möhbalıyevin adı YAP-ın deputatlığa nazmidələr siyahısına salınmayıb. Ona istefa ərizəsini yazaraq, işdən çıxması barədə xəbərdarlıq edilib.
316 dəfə oxundu