Uşaqları xüsusi oturacaqda daşımayan sürücülərin cəzası nədir? – Avropa ölkələrinin siyahısı

Uşaqları xüsusi oturacaqda daşımayan sürücülərin cəzası nədir? –


Avropa ölkələrində, o cümlədən də Azərbaycanda uşaqların xüsusi qoruyucu sistemlərdən (oturacaqlardan) istifadə etmədən avtomobillərdə daşınması qadağandır.

Yeniavaz.com xəbər verir ki, əksər ölkələrdə uşaqlar 12 yaşına və ya 135 sm boyu olana qədər uşaq avtomobil oturacağından istifadə etməlidirlər.
Qeyd edək ki, bunlar ümumi qaydalardır və bəzi ölkələrdə bu məhdudiyyətlər bir qədər fərqli ola bilir.

Məsələn, Rusiya, İrlandiyada və bəzi digər ölkələrdə uşağı boy ən azı 150 sm olmalıdır.

Onu da bildirək ki, Avropa ölkələrində uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülərə fərqli cərimələr yazılır.

Lixtenşteyn Avropada yeganə ölkədir ki, bu qayda pozuntusuna görə cərimə nəzərdə tutulmayıb.

Ən yüksək cərimə isə Estoniyada nəzərdə tutulur. Bu ölkədə uşaqların minik avtomobilində düzgün daşınmamasına görə 400 avro cərimə nəzərdə tutulub.
Ən aşağı cərimə isə Türkiyədədir. Türkiyədə uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülər cəmi 5 avro (196 lirə) cərimə ödəyirlər.
Qonşu Gürcüstanda bu məbləğ 14 avro (40 lari), Ermənistanda 12 avro (5 000 dram), Rusiyada isə 29 avro (3 000 rubl) təşkil edir.

Azərbaycanda 12 yaşa kimi uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücü 3 bal və 33 avro (60 manat) cərimə olunur.

Uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülər üçün nəzərdə tutulan cərimənin məbləği Avropa ölkələrdə aşağıdakı kimi müəyyən olunub:
Avstriya – 35 avro
Azərbaycan – 33 avro
Albaniya – 10 avro
Andorra – 400 avro
Ermənistan – 12 avro
Belarus – 45 avro
Belçika – 50 avro
Bolqarıstan – 26 avro
Bosniya və Herseqovina – 20 avro
Böyük Britaniya – 36 avro
Macarıstan – 111 avro
Almaniya – 60 avro
Yunanıstan – 350 avro
Gürcüstan – 14 avro
Danimarka – 268 avro
İrlandiya – 60 avro
İslandiya – 101 avro
İspaniya – 200 avro
İtaliya – 80 avro
Kipr – 85 avro
Latviya – 30 avro
Litva – 28 avro
Lixtenşteyn – cərimə yoxdur
Lüksemburq – 49 avro
Malta – 12 avro
Moldova – 23 avro
Hollandiya – 130 avro
Norveç – 169 avro
Polşa – 34 avro
Portuqaliya – 120 avro
Rusiya – 29 avro
Rumıniya – 88 avro
Şimali Makedoniya – 36 avro
Serbiya – 171 avro
Slovakiya – 60 avro
Sloveniya – 200 avro
Türkiyə – 5 avro
Ukrayna – 11 avro
Finlandiya – 90 avro
Fransa – 135 avro
Xorvatiya – 130 avro
Monteneqro – 60 avro
Çexiya – 79 avro
İsveçrə – 64 avro
İsveç – 217 avro
Estoniya – 400 avro



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...