Ramil Həsənov moldovalı biznesmenin qızını Bakıda evində gizlədir? VİDEO
Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Wael Sulaiman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almaree Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...
"Qafqazinfo" xəbər verir ki, iş adamı Virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramil Həsənovun öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almaree Wael Sulaiman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramil Həsənov olduğunu deyib.
Almaree Wael Sulaimanın dediklərindən belə məlum olub ki, idman zalında resepşın işləyən Hasan (Lungu) Nicolai Ecaterina ilə 2012-ci ildə Moldovada tanış olub, iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib.
Əcnəbi biznesmen deyir: “Ecaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm. Ecaterina qızım Malikanı mənə göstərmirdi. Malika mənim yeganə övladımdır, ondan başqa övladım yoxdur. Ayrılsaq da, Ecaterinanın bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm ”.
İş adamı deyir ki, Eceterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramil Həsənovla tanış olub. Bu barədə onun özü Almaree Wael Sulaimaniyə bildirib: “Ecaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Ecaterina hazırda interpolda axtarışdadır”.
Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarılmasını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almaree Malika atası Almaree Wael Sulaimanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.
Almaree Wael Sulaimanın hüquqlarını müdafiə edən vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib ki, Moldova məhkəməsinin çıxardığı qətnamə tanınma üçün Azərbaycana yönəlib.
“Qanunvericiliyə uyğun olaraq xarici məhkəmə qətnaməsinin tanınmasını Ali Məhkəmə həyata keçirdiyi üçün iş Ali Məhkəməyə göndərildi. İş Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatında idi. Ali Məhkəmədə qətnaməni tanımadılar. Əsas olaraq göstərdilər ki, Ecaterinanın Azərbaycanda oturumu ləğv edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu verdik. Məlum oldu ki, məhkəmədən sonra Ecaterinanın müvəqqəti oturumu bərpa olunub, hansısa mənzildə qeydiyyatdadır. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik”,-vəkil bildirib.
“Mən atayam, övladımı görməyənə kimi Azərbaycandan heç yerə getməyəcəyəm”
Artıq üçüncü dəfədir ki, qızının arxasınca Azərbaycana gələn Almaree Wael Sulaiman yeganə istəyinin övladına qovuşmaq olduğunu deyir. Bildirir ki, ötən ilin sentyabrından bu yana qızını görə bilmir.
“Övladımı mənə göstərmirlər. Heç kimdən heç nə istəmirəm, tələb də etmirəm. Yalnız uşağımı görmək istəyirəm. Mən atayam, buna mənim haqqım var. Moldovadakı bütün işlərimi atıb qızımın dalınca buralara qədər gəlmişəm. Övladımı görməyincə, bu məsələ öz həllini tapmayınca Azərbaycandan heç yerə gedən deyiləm”,-o deyir.
Valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nəsimi rayon məhkəməsində qaldırılan iddia ərizəsi təmin olunduqdan sonra iş adamı icra nümayəndələri, hüquqlarını müdafiə edən vəkillər – Muxtar Mustafayev və Ənvər Əmirəliyevlə birgə övladının yaşadığı ünvana yollanıb. Mənzilin qapısını onların üzünə millət vəkili Ramil Həsənov açıb.
“Deyir, mən parlamentin üzvüyəm, iki günə məhkəmənin qərarını ləğv etdirərəm”
“Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etdik ki, bu mübahisəli məsələ həllini tapana qədər ata öz qızı ilə müvəqqəti görüşə bilsin. Hakim Cəmilə Musayeva ədalətli və düzgün qərar qəbul etdi, uşaqla atanın həftədə bir dəfə görüşməsinə dair qərar qəbul olundu. Ecaterinanın yaşadığı ünvanı dəqiqləşdirib oraya gəldik, bizi qapıda Ramil Həsənov qarşıladı. Əllərini belinə qoyub bizə dedi ki, belə bir hüququnuz yoxdur, bununla bağlı Ali Məhkəmənin qərarı var”- vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib.
Malika pəncərənin arxasından baxır...
Vəkil deyir ki, hətta Ali Məhkəmənin bununla bağlı qərarı olsa da belə, onun bu işə heç bir aidiyyatı yoxdur. Ali Məhkəmədə aparılan işdə uşağın himayə məsələsi həll olunur. Bu isə tamam ayrı bir işdir: “Biz Nəsimi rayon məhkəməsində ayrı iddia qaldırmışıq, uşaqla müvəqqəti görüş istəmişik. Bunu uşağın himayə məsələsi ilə qarışdırmaq olmaz. Təsəvvür edin, interpolda axtarışda olan adam millət vəkilinin xüsusi mülkiyyətindəki ünvanda qeydiyyatdadır. Bizdə olan məlumata görə Ecaterina ilə Ramil Həsənov rəsmi nikaha da giriblər. Amma deyir ki, bu evdə heç kim yoxdur. Məhkəmə qərarına birbaşa hörmətsizlik edir, “mən parlamentin üzvüyəm, iki günə Nəsimi rayon məhkəməsinin qərarını ləğv etdirərəm” deyir. Bu adam göz görə-görə, çəkinmədən vəzifə səlahiyyətlərini aşır”.
1306 dəfə oxundu