“Gömrük Komitəsində növbəti dəfə məndən əlavə ödəniş tələb olunur” – Şikayətçi SAHİBKAR – VİDEO

“Gömrük Komitəsində növbəti dəfə məndən əlavə ödəniş tələb olunur” –

"Gömrükdə mənə süni olaraq əngəl yaradırlar".

Bu sözləri Yeniavaz.com-a açıqlamsında sahibkar, “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva deyib. O bildirib ki, bir müddət öncə də gömrükdə eyni problemlə qarşılaşıb, ancaq uzun mübarizədən sonra dövlət rüsumlarını ödəyərək gətirdiyi məhsulları rəsmiləşdirə bilib:

“Demək olar, keçən dəfə ki, problemdən heç bir fərqi yoxdur, eyni problemi süni olaraq mənə yaratmağa çalışırlar. Ötən dəfə gətirdiyim qida əlavələrini dövlət rüsumunu ödəyərək rəsmiləşdirdim. Lakin ikinci dəfə məhsulum gələndə mənə dedilər ki, biz statistik dəyərləndirmə edirik, bu dəyərləndirmədən sonra biz sizə deyəciyik ki, siz hansı rüsumu ödəməlisiniz. Mən ölkəyə məhsul gətirəndə əvvəlcədən hesablayıram ki, nə qədər rüsum ödəməliyəm ona görə məhsul sifariş edirəm. Sifariş etdiyim məhsula görə 20 min manat dövlət rüsumu ödəməliyəmsə, məndən əlavə ödəniş tələb olunur. Mən də bununla razılaşmıram”.

Sahibkar onu da qeyd edib ki, ölkəyə gətirdiyi məhsul TIR-da saxlanılır: "Nə saxlanc anbarına qoyulmur, nə də ki, özlərinin anbarlarına yığılmasına icazə verilmir. Karqo şirkəti də Avropanın olduğuna görə sürücü TIR-la birlikdə ölkəsinə qayıda bilmir".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq, sorğumuza cavab verildikdən sonra yazıya əlavə olunaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...