GDU-da daha bir tender müəmması - 2 ay əvvəl yaranan və 1 manat kapitalı olan şirkət qalib oldu

GDU-da daha bir tender müəmması -
Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Ter-Fon As Ltd” MMC olub.

“Ter-Fon As Ltd” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında təhsil ocağına mətbəx ləvazimatları satacaq və bunun qarşılığında 42 min 339 manat alacaq.

Satın alınacaq mətbəx ləvazimatları arasında limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar olacaq.
Qeyd edək ki, tender elanı 28.04.2021-ci il tarixində elan olunub. Qalib MMC isə tender elanından cəmi 2 ay əvvəl - 11.02.2021-ci il tarixidə dövlət qeydiyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 1 manat olan “Ter-Fon As Ltd” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşir. MMC-nin qanuni təmsliçisi Məmmədov Cavad Yaqub oğludur.

Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bugünə kimi nəinki yeni yaranmış və təcrübəsiz şirkətləri tenderin qalibi edir, eyni zamanda mövcud olmayan şirkətləri də tenderin qalibi edə bilir.

Təxminən 10 gün əvvəl Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Viper” MMC olub. “Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.

Kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.

Qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...