Bu jurnalistlər prezidentə müraciət etdi: "Bir neçə mənzili olan şəxslər bu mövqelərində səmimi olsaydılar..." - SİYAHI/TAM MƏTN
Bir qrup KİV və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Gundeminfo.az həmin müraciəti təqdfim edir:
"Hörmətli cənab Prezident!
Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində tarixin ən böyük Zəfərinə imza ataraq, işğal altında olan torpaqlarımızı azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutub. Azərbaycan Avropa və Asiya dövlətləri arasında yeganə ölkədir ki, son 40 ildə öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib.
Torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan övladı canını fəda edərək, şəhidlik zirvəzinə ucalıb, minlərlə əsgərimiz yaralanıb, sağlamlığını itirib.
Bu qələbədən sonra Azərbaycan üçün yeni bir mərhələ başlayıb. Azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, ölkə həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışını səbirsizliklə gözləyir.
Cənab Prezident!
Bu gün bir qrup media və QHT nümayəndəsi Sizə müraciət edərək, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş üçüncü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.
Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, bu müraciətin kənardan idarə olunan qərəzli və çirkin kampaniyanın tərkib hissəsi olduğu və həmin müraciətin arxasında media təmsilçilərini dövlət başçısının əleyhinə qaldırmaq məqsədinin dayandığı şübhə doğurmur.
Xatırlatmaq istərdik ki, ölkədə indiyə qədər 10 mindən çox şəhid və qazi ailəsi mənzillə təmin olunub və bu siyasət sabit ardıcıllıqla davam etdirilir.
Jurnalistlər üçün inşa olunan 3-cü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsi ilə bağlı müraciətin müəllifləri, eyni zamanda, jurnalistlərlə Şəhid və Qazi ailələrini üz-üzə qoymağa çalışırlar. Əgər o müraciəti imzalayan və özlərinin bir neçə mənzili olan şəxslər bu mövqelərində səmimi olsaydılar, heç olmazsa, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanan jurnalistlərə mənzil verilməsini təklif edərdilər.
Cənab Prezident!
Biz haqqında danışılan müraciətə qəti etirazımızı bildirir və bunu Azərbaycan Respublikasını Şəhid və Qazi ailələrini himayə etməyən, onlara qayğı göstərməyən dövlət olaraq göstərmək cəhdi kimi qiymətləndiririk. Eyni zamanda, bu təhlükəli planın ilk növbədə Azərbaycan Prezidentinin əleyhinə yönəldiyini diqqətə çatdıraraq, bu saxta kampaniyanın dayandırılmasını tələb edirik. İnanırıq ki, çoxsaylı jurnalistlərin mövqeyini əks etdirən bu müraciətimizə həssaslıqla yanaşacaq və bu çərçivədə başladılan spekulyativ cəhdlərin qarşısını qətiyyətlə alaraq, sözügedən binadakı mənzillərin illərlə xoş xəbər gözləyən jurnalistlərə hədiyyə olunmasını təmin edəcəksiniz.
İmzalar:
P.S. Müraciət imzalamaq üçün açıqdır.
1. Araz Zeynalov - Yenicag.az saytı
2. Rəsul Mirhəşimli - Avropa.info xəbər portalının baş redaktoru, Qarabağ döyüşlərinin veteranı.
3. Tağı Kərimli - Müstəqil jurnalist
4. Laçın Səmla - Müstəqil jurnalist
5. İradə Sarıyeva - "Bakı xəbər" qəzeti
6. Bəxtiyar Səlimov - Türküstan Media Qrupu, redaktor
7. Əzizə İsmayılova - Jurnalist, radioaparıcı
8. Seymur Verdizadə - Jurnalist Araşdırmaları Mərkəzinin sədri
9. Səbuhi Abbasov - 7news.az saytının baş redaktoru
10. Həbibə Abdulla - AFN.az saytının əməkdaşı
11. Kamil Həmzəoğlu (Həmidov) - Etikxeber.az saytının baş redaktoru
12. Emin Fərzəliyev - Busaat.az saytının baş redaktoru
13. Elvin Basqallı - Space TV, aparıcı
14. Elşən Əlisoy - Sözcü.az saytının redaktoru
15. Anar Rəsullu - Sözcü.az saytının direktoru
16. Səxavət Məmməd - Yenicag.az saytı
17. Şəfayət Avılbəyli - Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi.
18. Aqil Bəkir - Yenicag.az saytı
19. Ülviyyə Heydərova - jurnalist
20. Ülviyyə Quliyeva - jurnalist
21. Mətanət Əsgərqızı (Cəfərova) - Müstəqil jurnalist, Yeni Zaman TV- nin rəhbəri
22. Məhəmmədəli Qəribli - “Bakı-Xəbər” qəzeti
23. Anar Bayramoğlu - "Ayna" qəzetinin əməkdaşı.
24. Arzu Zeynallı - Versus.az saytının baş redaktor müavini
26. Rafq Şalbuzov - Xaçmaz müstəqil telaradio şirkətinin radio üzrə redaktoru
27. Bəxtiyar Məmmədli - “Kaspi” qəzeti, şəhid oğlu
28. Elşən Əlisoy - jurnalist
29. Aynurə Qafarova (Vəliqizi) - Əməkdar jurnalist
30. Büllur Məmmədova -Mədəniyyətin və Milli Ənənələrin Təbliği İB, sədr
31. Elçin Rəhimzadə - “Bumerang Media”
32. Fariz Quliyev - ArazMedia
33. Sayad Həsənli - Yenisabah.az saytı
34. Kamil Balakişiyev (Eldaroğlu) - jurnalist
35. Zaur Əhməd - "Unikal" qəzeti və Unikal. org xəbər portalının baş redaktoru
36. Elnarə Dərziyeva - "Əməkdar jurnalist". Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü
37. Günel Yaz - TürkMedia.az saytının təsisçisi və Baş redaktoru
38. Müşfiq Abdulla - "Cümhuriyət" qəzeti
39. Akif Nəsirli - "Paralel" qəzeti
40. Əlabbas Məhərrəmli - Şərhçi
41. Xanoğlan Əhmədov - "İlkxəbər" saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İB-nin sədri
42. Rəşad Rəşidov - İkinci Qarabağ müharibəsi iştirakçısı, bölgə müxbiri
43. Zöhrə Əliyeva - ”Mədəniyyət / Culture” jurnalının baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru
44. Nicat Novruzoğlu - "Ədalət" qəzeti
45. Sevda Əsgərova - müstəqil jurnalist, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü
46. Fərqanə Allahverdiqızı - jurnalist
47. Səbuhi Qafarov - AFN.az saytının baş redaktoru.
48. Firuzə Əsadullayeva - jurnalist
49. Xəyalə Süleymanqızı - "Fakt-Araşdırma -Təhlil" Analitik İnformasiya Agentliyi, icraçı direktor
50. Turan Etibaroğlu - jurnalist
51. Zaur Sarıyev - "Araz Media" baş redaktor müavini
52. Fariz Quliyev - "Araz Media" baş redaktor
53.Azad Əliyev - "Həftə içi" qəzetinin redaktoru
54. Gülnarə Kərimova - jurnalist
55. Gunel Musa - jurnalist
56. Vəfa Fərəcova - Kanal 13 TV əməkdaşı
57. Vüsalə Hüseynli - İslahatçı Qadınlar və İnnovasiya İB
58. Fərid Ədalət - müstəqil jurnalist
59. Aida Eyvazlı - jurnalist
60. Zülfiyyə Qurbanova - jurnalist
61. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru
62. Famil Cəfərli – veteran jurnalist
63. Flora Xəlilzadə - Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü.
64. Əntiqə Qonaq - Əməkdar jurnalist, müharibə veteranı, hərbi yazar
65. Tebriz Vəfalı - jurnalist
66. Gülnaz Qənbərli - Hərbi jurnalist,
azadmediatv.com
67. Rəhman Orxan - Əməkdar jurnalist
68. Nahid Salayev – Jurnalist, İkinci Qarabağ savaşının veteranı
69. Rövşən Kəbirli
70. Amil Hacıyev - Telejurnalist
71 Rufik İsmayılov - jurnalist
72. Səxavət Həmid – jurnalist
73. Nuranə Daxilqızı - jurnalist
74. Ceyhun Musaoğlu - Rupor.az saytı, baş redaktor
75. Babək Cahandarov- jurnalist
76. Gülcahan Mirmahmud - "Mədəniyyət" qəzetinin müxbiri
77. Mehrəliyeva Sevda - Əməkdar jurnalist, "Azərbaycan Milli Ensiklopediyasi" Elmi Mərkəzinin "Təhsil, mətbuat, televiziya, internet, turizm və idman redaksiyası"nın müdiri
78. Araz Əhməd – jurnalist
79. Anar Turan – “Xalq qəzeti”nin siyasət müxbiri, newsmedia.az xəbər portalının təsisçisi
80. Tahir Abbas – MillətinSəsi.info saytının təsisçisi və baş redaktoru
81. Rəhilə Misirxanova - jurnalist
82. Giya Paçxataşvili - şair-publisist, tərcüməçi.
83. Cəmil Məmmədli – Müstəqil jurnalist
84. Rüfət Sultan - "Qaynarinfo.az saytı
85. Aygün Məmmədova - Qafqaz-Media.az saytının redaktoru
86. Gülnarə Məmmədova - jurnalist
87. Pərvin İsmayılova – Space TV, redaktor
88. Bahar Rüstəmli – Qaynarinfo.az saytı
89. Təbriz Məhərrəmoğlu - Yenigundem.az saytı, şef-redaktor
90. Bəhruz Salmanov - Bakıvaxtı.az saytı, redaktor
91. Nazilə Nəriman – veteran jurnalist
92. Rasim İsmayılov – Space TV, böyük redaktor
93. Mürtəza Bünyadlı – Olke.az saytı
94. Nəsimi Şərəfxanlı - "Yeni Cumhuriyyət" qəzetinin Baş redaktoru
95. Tağı Türk – Yazar
96. Dəyanət Osmanlı – Atatürk Mərkəzi, baş redaktor
97. Məhəmməd Türkmən – Minval.az saytı, şef-redaktor
98. Səlim Babayev – Yeniavropa.az saytı, şef-redaktor
99. Tahirə Qafarlı – Versus.az saytı, baş redaktor
100. Elbəyi Həsənli – Veteran jurnalist
101. Ruslan Bəşirli – Avropa.info saytı, baş redaktor
102. Nizami Xəzər Hasiloğlu – Baku TV
103. Cəfər Cəfərov – Asiya.az saytı, baş redaktor
104. Törə Əhmədova – AFFA, PR-menecer
105. Elşən Feyzullayev – rejissor, Xəzər TV
106. Adil Adilzadə - Sabahinfo.az saytının direktoru
107. Razi Abasbəyli – Gundeminfo.az satının təsisçisi
108. Elvin Güloğlanoğlu – TV-jurnalist
109. Hüseyn İsgəndərov - "Unikal" qəzeti
110. Coşqun Abdullayev - Saat24.az saytı
111. Elnarə Kərimova - Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzeti, redaktor
112. İlahə Əliyeva- Ziyalı Ocağı İctimai Birliyinin sədri və eyni adlı jurnalın baş redaktoru
113. Günel Cəlilova - "Bakı-Xəbər" qəzeti
114. Ləman Ələşrəfqızı - Əməkdar jurnalist, LAF TV
115. İlqar tağıyev - Het-trik news saytı
116. Nurlan Cəfəri – Müstəqil jurnalist
117. Elnurə Abuşova - jurnalist
118. Elməddin Muradlı - Avtosfer.az saytının baş redaktoru
1433 dəfə oxundu