Tovuz rayon sakini kimlərdən və niyə şikayətçidir… – MÜRACİƏT
Tovuz rayonun Qaradaş kənd sakini Süleymanova Şərafət Məhəd qızı tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və digər aidiyyatı dövlət orqanlarına ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının gizli işbirliyi nəticəsində ona qarşı törədilən süründürməçilikdən və özbaşna əməllərindən şikayət məktubu ünvanlanıb. Aktualinfo.org vətəndaş Şərafət Süleymanovanın sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:
Əvvəlcə bildirim ki, mən 01.12.1980-ci ildə Tovuz rayonunda ən ucqar dağ kəndi olan Qaradaşda anadan olmuş və çox çətinliklə yaşamışam. Çünki, buranın da sakinləri yaxşı bilirlər ki, kəndimzdə heç bir sosial şərait yoxdur. İnsanlar rahat yaşamaqdan məhrumdurlar. Son illərdə sağlamlığıma əhəmiyyət vermədiyimə görə bir neçə ciddi xəstəliklərə tutulmuşam. 2018-ci ilin əvvəlindən müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr almağıma baxmayaraq əsas xəstəliyim olan 4-cü dərəcəli ağır böyrək çatışmazlığından, mədəmdə olan xoralı ezofaqit qastritddən, kəskin qanazlığından, hipertoniyadan hazırda əziyyət çəkir və yataq xəstəsiyəm.
Çox təəssüf ki, keçən ilin sonuna qədər müalicələr almağıma baxmayaraq sağlamlığmı qismən də olsa bərpa edə bilməmişəm. Əksinə, ağırlaşmalar davam edir. 3 ildir ki, uroloq həkimin nəzarəti altında olmağıma baxmayaraq bu orqanların xilas edilməsi və sağalması istiqamətində irəliləyiş olmamışdır. Əksinə, hazırda sağ böyrəyim demək olar ki, fəaliyyətini dayandırmaq üzrədir. Sol böyrəyim də xroniki xəstəlikdən əziyyət çəkir. Akad. M.Cavad-Zadə adına Respublika Kliniki uroloji xəstəxanasının 19 noyabr 2021-ci il tarixli Səhhətin Müayinə Aktında da Diaqnozda qeyd edilmişdir: “XRONİKİ PİELONENFRİT. SAĞ BÖYRƏYİN LƏYƏN DAŞI. SAĞ BÖYRƏYİN HİDRONEFROTİK TRANSFORMASİYASI, XRONİKİ BÖYRƏK XƏSTƏLİYİ -4-CÜ MƏRHƏLƏ.”
Xəstəliyimə görə sənədlərim əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə Tovuz rayon Mərkəzi Xəstəxanası tərəfindən son ildə 2 dəfə forma 88 təqdim edilmişdir. Lakin hər dəfə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysı rəsmi müraciətlərə hər dəfə “ FORMA TAM DOLDURULMAMIŞDIR” bəhanəsilə yola salırlar. Aylarla məni süründürdülər. Yəni, bəhanələri bu olur ki, DİAQNOZ ƏLİLLİK ƏLAMƏTİ TƏYİN ETMƏSİ SƏBƏBİNDƏN ƏLİLLİK TƏYİNATINI İMTİNA EDƏ BİLMƏDİKLƏRİ ” üçün yeganə çıxış yolu kimi guya Forma 88 tam doldurulmamışdır cavabı verməklə məni vicdansızcasına- bilə bilə süründürülər. Bu cavabın mənasını indi başa düşürəm. Yəni, Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi və komisiyası qəsdən belə primitiv formada Forma 88-i yazıb göndərirlər ki, mənə ağır xəstəliyimə görə əlillik təyin edilməsin. Səbəbi də budur ki, mənim bu adamcıqlara verməyə pulum yoxdur. Əgər bu komissiya adi bir forma 88-i tam doldura bilmirlərsə onda onların bu komissiyada nə işləri var? Getsinlər dana-qoyun otarmaqla məşğul olsunlar.
Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi də müxtəlif, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə qəsdən imkan verməmişlər. Sadəcə forma tam doldurulmamışdır yazmaqla. ( əslində bu bir paroldur ki, kim yerli xəstəxanalarda tələb olunan rüşvətini vermirsə onun Forma 88-i qəsdən natamam doldurulur). Yuxarıda Nazirliyin komissiyası da bu natamam doldurulmuş Forma-88 dən başa düşürlər ki, pulçatmadığına görə yerli rayon Mərkəzi Xəstəxanası özlərini bisavad yerinə qoyub forma 88-i belə doldurular. Hesab edirəm ki, bu insanlığa qarşı həkim vandalizli və ən ağır cinayətdir. İndiki ağır zamanda insanları bu formada maddi və mənəvi olaraq məhv etmək olmaz. Həkim özbaşnalığının bir sonu olmalıdır.
Hələ sevinirəm ki, bu savadsız sürüsü mənə cavab vermirlər ki, bu diaqnoza əlillik təyin olunmur. Lakin özlərini savadsız yerinə qoyan komissiya rəsmən “Forma natamam doldurulmuşdur” cavabı ilə məni dolamışdır.
Yaxşı ki, deyə bilmirlər ki, bu diaqnoz əlillik meyarına uyğun deyil. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının və Tovuz MRX-nın maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin etmək istəmirlər. Halbuki mənim kimi ağır xəstəlikdən əziyyət çəkən çox insanlara əlillik təyin edilmişdir. Hesab edirəm ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının formal cavabı bir bəhanədir və ciddi qanunpozuntusudur.
Amma faktiki olaraq mənim indi ağır xəstəliyimə görə işsizlikdən( iş qabiliyyətimi itirdiyimə görə) və xəstəlikdən əziyyət çəkdiyim bir vaxtda mən hansı madi vəsaitlə Nazirliyin həkim komissiyasını “razı salmalı” idim? Mən hazırda faktiki olaraq 2-ci qrup əliləm. Yəni, bir böyrəyimin tam sıradan çıxması ərəfəsindəyəm və dializ xəstəliyi üzrə müalicəyə hazırlaşıram. Və bu faktı sadəcə vicdanla təsdiq etmək lazımdır.
Cənab Prezident! Hesab edirəm ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin mənim kimi kasıb və sadə vətəndaşları qəsdən süründürməçiliyə və bürokratiya məruz qoyan komissiyanın işinin araşdırlmasına və təcili olaraq bu sahədə islahat aparılmasına zəruriyyət yaranmışdır.
Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün müstəqil ekspert komissiyasına tapşırıq verməyinizi və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının və Tovuz RMX-nın həkim komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
803 dəfə oxundu