Elmar Vəliyevlə oğlu arasında qalmaqal - Atasından xəbərsiz dəvə fermasını satıb

Elmar Vəliyevlə oğlu arasında qalmaqal  -

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib. Nəticədə ata-oğul bir-birinin ünvanına ağır ifadələr səsləndirib, bu zaman yaranan səs-küyə qonşular toplaşıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran E.Vəliyevin qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub. Belə ki, Elmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub.

Mənbə bildirib ki, E.Vəliyevlə borc sahibi arasında anlaşma əldə olunsa da təhvil-təslim baş tutmayıb. Fermanın sənədləşdirməsi zamanı məlum olub ki, keçmiş icra başçsının oğlu Elmir Vəliyev atasından xəbərsiz həmin fermanı başqa şəxsə satıb.

Əsl həngamə də bu sirrin üstü açılanda baş verib. Oğlunu küçə söyüşləri ilə təhiqr edən Elmar Vəliyevin qəzəbli bağırtısına qonşular toplaşıb. Şahidin dediyinə görə, oğlu da atasının söyüşlərinə adekvat cavablar qaytarıb. Mübahisə Elmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür. Çünki icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...