Tanınmış iş adamından şok ittihamlar: “Təzyiqlərə görə ləyihələrimin 50 faizini onlara verdim...”
“AAAF İnşaat” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov bəzi dövlət qurumlarının yaratdığı problemlərdən, həmçinin biznesinin təzyiqlə ələ keçirilməsindən şikayətlənib.
PİA.az xəbər verir ki, iş adamı bununla bağlı “Facebook”da müraciət yerləşdirib. O, əvvəlcə qeyd edib ki, qarşılaşdığı çətinliklər həllini tapmayanda yeni layihələrin ərsəyə gəlməsi sual altında qalır və biznesin inkişafına böyük zərbələr dəyir.
T.Heydərov qeyd edib ki, təsis etdiyi şirkətlər regionlarda idman və digər sahələrin inkişafına 500 milyon manatdan çox sərmayə cəlb edib, on minlərlə iş yerləri açıb. "İdmanda qazanılan uğurlar və dövlət büdcəsinə ödənilən külli miqdarda vəsaitlər işlərimizin uğurlu alınmasından xəbər verir. Bu uğurlar heç də asan başa gəlmir, - o, yazır.
İş adamı xatırladıb ki, “AAAF İnşaat” MMC regionlarda inşa etdiyi idman zallarından başqa Xırdalan şəhərində 4 böyük layihə - “AAAF park” ( 519 000m2), "Gənclər şəhərciyi" (280 000 m2), "Abşeron City" (65 800 m2) və AAAF layihəsi (Bakı -Sumqayıt şossesi. 94 000 m2) həyata keçirir.
İş adamı bildirir ki, əksər dövlət qurumları onların fəaliyyətinə problemlər yaratsa da, əsas narazılığı Abşeron Rayon İcra Hakimiyyəti (Əvvəlki rəhbərlik nəzərdə tutulur-red.) və Dövlət Vergi Xidməti yanında İstintaq İdarəsindəndir: ""AAAF park" layihəsindən başqa digər layihələr Abşeronun icra başçısı (Keçmiş icra başçısı İradə Gülməmmədova nəzərdə tutulur-red.) və Vergi İstintaq İdarəsinin əməkdaşına məxsusdur. Şirkətimizə 2012-ci ildən başlayaraq əsassız müdaxilələr ucbatından 50% təsisçi payı və direktor təyin etmək hüququ sözügedən İdarənin əməkdaşına verilib. Bu gün bu layihələrdən yaranan külli miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır. Öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinliklər var. "AAAF İnşaat” MMC tərəfindən tikilən mənzillərin 10 faizi mənzil fonduna verilib. Əlavə olaraq, zirzəmi və mansard mərtəbələrin idmançılara verilməsi, idmanın inkişafına xərclənməsi tikintinin böyük sahəsini təşkil edir. Bu sahələr üzrə yaranan vergi borclarının bizə yüklənilməsi ədalətsizliyin pik nöqtəsidir".
T.Heydərovun sözlərinə görə, on milyonlarla vəsait yatırılan “Gənclər şəhərciyi” layihəsi Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədova tərəfindən dayandırılıb: "Mənə təsir edən odur ki, bu layihəni Prezident İlham Əliyevin sahibkalara müraciətindən sonra başlamışdım. O zaman vəziyyət yaxşı deyildi, bütün təşkilatlara vətəndaşların işlə təmin olması tapşırığı verilmişdi. Biz də dövlətimizə dəstək olaraq iş adamlarını cəlb edib, gözəl layihələrə start vermişdik. Amma bütün sənədlər qaydasında olduğu halda bizə qarşı belə addımın atılması xainlikdən başqa bir şey deyil”, - iş adamı vurğulayıb.
Tofiq Heydərov daha sonra media vasitəsi ilə "AAAF Park" sakinlərinə müraciət edib. O qeyd edib ki, düşdüyü bu vəziyyətə görə onların haqqına girmək məcburiyyətində qalıb: "Binaların əksəriyyətini başqaları inşa etsə də, problemlərin həlli mənim üzərimdədi. Dünən də (Aprelin 4-də) bir neçə sakinimiz İcra Hakimiyyətinin qarşısına toplaşaraq məndən şikayət edirdilər. Bizim heç bir inşaatımız yarımçıq qalmayıb. Azərbaycansayağı fors-major hallarını öncədən bilərək, işlərimizi qaydaya salmaq gücündəyik. Mən üç ildən artıqdır Xırdalan şəhərindəki işlərimi donduraraq idarəçiliyi vicdanlı şəxslərə həvalə etmişdim. Bu gün yenidən faktiki rəhbər kimi sizinlə bir olub, qarşılaşdığımız problemləri Allahın köməyi ilə tez bir zamanda aradan qaldıracağıq”.
1007 dəfə oxundu