İcradan səki şikayəti ilə bağlı qəribə açıqlama: "Piyadalar üçün deyil" - FOTO

İcradan səki şikayəti ilə bağlı qəribə açıqlama:
Xəbər verdiyimiz kimi, Neftçala sakinləri rayonda magistral yolun kənarında salınan piyada səkisi ilə bağlı narazılıq ediblər.

Gundeminfo.az bildirilib ki, piyadalar üçün nəzərdə tutulan səki ensiz olmaqla yanaşı, işıq dirəklərinin də burada yerləşməsi hərəkəti çətinləşdirir.

Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Fəridə Həsənova Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərin M.Ə.Sabir küçəsi ünvanında inşa edilmiş tamet örtüyü piyadaların hərəkəti üçün nəzərdə tutulmayıb:

“Neftçala şəhərinin giriş hissəsinin memarlıq görünüşü, bununla bərabər ərazidə quraşdırılmış yeni işıqlanma sisteminin ətrafı bardür və tamet plitələri ilə səliqəyə salınıb. Təqdim olunan şəkillərdən göründüyü kimi həmin ərazi mütəmadi olaraq insanların piyada hərəkət etdiyi ərazi deyil. Sözügedən səkinin sağ tərəfdən enləndirilməsi Respublika əhəmiyyətli R-47 Salyan-Neftçala avtomobil yolunun mühafizə zonasına, sol tərəfdən enləndirilməsi isə yeraltı çəkilən rabitə və qaz xətlərinə mane törədəcəyi üçün ərazidə yalnız işıqlanma sisteminin ətrafı bardür və tamet plitələri ilə səliqəyə salınıb” – açıqlamada qeyd edilib.

İcradan səki şikayəti ilə bağlı qəribə açıqlama:
İcradan səki şikayəti ilə bağlı qəribə açıqlama:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...