Kamaləddin Qafarova məxsus şirkət xaricə valyuta qaçırmaqla məşğuldur - Məhkkəmə işi...

Kamaləddin Qafarova məxsus şirkət xaricə valyuta qaçırmaqla məşğuldur -

Azərbaycanın tibbi tədarükçülərindən biri olan “Azəri Med” QSC barəsində məhkəmə iddiası qaldırılıb.

GUNDEMİNFO.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində cərimə protokolu tərtib olunub.

Belə ki, “Azəri Med”in rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, “Azəri Med” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nərimanov Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə dövrü mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...