“Leobank”dan heyrətamiz qərar: 1 manata 2 manat komissiya - FOTOFAKT

“Leobank”dan heyrətamiz qərar:
Az bir zamanda xeyli müştəri qazanan “Leobank” hazırda müştərilərinin etimadını itirməkdədir.

Pravda.az-ın xəbərinə görə, AFN-ə bankın xidmətlərindən şikayət edən vətəndaşlar bildirirlər ki, “Leobank” ödəmələr üzrə faizləri artırıb. Şikayətçi Cəmil Cəfərov (ad şərtidir) heç bir xəbərdarlıq olmadığı halda “Misli” mərc oyunlarına pul qoyduğu zaman ondan 2 manat komissiya tutulduğunu bildirir: “Bu bankın xidmətindən məhz bir çox hallarda komissiya tutulmadığı, yaxud da az tutulduğu üçün istifadə edirdim. Bir neçə gün əvvəl “Misli”də mərc oyunlarına pul qoyurdum, 1 manat mərcə atdım, 2 manat komissiya çıxıldı. Məəttəl qaldım, axı “Leobank” bunun üçün pul tutmurdu. Bundan əlavə, mənə heç bir xəbərdarlıq da gəlməyib belə bir komissiyanın tutulacağı ilə bağlı”.

Məsələ ilə bağlı bankın *7773 nömrəsilə əlaqə saxladıq. Bildirildi ki, artıq bu aydan etibarən minimum 2 faiz olmaqla hər pul qoyuluşundan 2 manat komissiya tutulacağı ilə bağlı qərar qəbul edilib. Sualımızı cavablandıran şəxs onu da qeyd etdi ki, bu haqda müştərilərə məlumat verilib. Şikayətçi C.Cəfərov isə belə bir xəbərdarlığı almadığını bildirdi. Eyni zamanda onu da qeyd etdi ki, bankın tətbiqində yalnız bu gün belə bir məlumat yerləşdirilib.

“Leobank”dan heyrətamiz qərar:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...