Bakı meriyasındakı yaşıllaşdırma təsərrüfatı birliində yeyilən milyonlar

Bakı meriyasındakı yaşıllaşdırma təsərrüfatı birliində yeyilən milyonlar
Son illər rüşvətə qarşı total mübarizə o həddə çatıb ki, artıq məmurların rüşvət alması dövlətin təhlükəsizlik məsələsinə çevrilib.

Araşdırma qrupumuz yazır ki, icra başçılarının, nazirlərin, iri ranqlı məmurların həbsi, o cümlədən məmurların yaşadığı lüks evlərdən çıxan milyonlar xalqın gözü önündə baş verən proseslərdir.

Hətta yetim-yesirin maaş kartını cibində gəzdirən məmurlar da gördük ki, necə ifşa olundular. İndi o məmurların bəzisi ya dünyasını dəyişib ya həbsdədir…

Ancaq bütün bu olanlardan bir çoxları hələ də dərs götürə bilmirlər. Yaxud da düşünmürlər, düşünə bilmirlər, nəticə etibarı ilə öz çirkin işlərini davam etdirirlər.

Bu mövzuda söhbət açacağımız qurumlardan biri Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi və onun müxtəlif çirkab işlərə qarışan baş direktoru Həsrət Əmrahovdur.

TİA.Az bu mövzuda araşdırma aparıb, nəticələr əldə edib və aidiyyatı üzrə sözügedən quruma da sorğu göndərib ki, obyektivlik naminə cavab alsın. Lakin…

Həsrət Əmrahovun həsrət qalmayan qazanc mənbəyi – su quyuları

Demə, Bakıda qazılan quyuların və onların təmiri məhz bu quruma məxsus imiş. Məlumata görə, Həsrət Əmrahov il ərzində kağız üzərində 100 quyu qazırsa, əslində qazılan quyuların sayı heç 20-ni keçmir. Bundan əlavə olaraq, ay ərzində təmirə ehtiyacı olan quyuların sayı da beşdirsə, Həsrət Əmrahov sənəddə altmış göstərir. Təbii ki, bu minvalla birlik rəisi böyük pullar əldə edir. Su maşınları da eyni qaydada hərəkət edir. Kağız üzərində gün ərzində 200 maşının benzini və suyu yazılırsa, reallıqda 20-30 maşın hərəkət edir. Bax, bu maxinasiyanın ən həyasız formasıdır.

Parklara rüşvətlə rəis təyinatı

Məlumatda deyilir ki, H. Əmrahovun qazancı bununla məhdudlaşmır. Misal üçün yeni salınan parklara rəis təyin etmək onun səlahiyyətindədir. Buna görə iddialara görə, azı 15-20 min manat tələb olunur. O pulu verib rəis təyin olunan şəxsə minumum 4-5 işçi verilir. Böyük parklarda bu işçi sayı 40-50 də ola bilər. Həmin işçilərin adları işdə, kartları isə Həsrət Əliyevlə təyin etdiyi sahə rəislərinin cibində olur.

İşə qəbul da pulla…

Məlumat üçün bildirək ki bu qurumun təxminən 1200-1300 əməkdaşı var. Bunların təyinat məsələsində Həsrət müəllim və ona yaxınlığı ilə seçilən xanım əməkdaşın müstəsna rolları olur. (bu haqda gələn dəfə daha geniş yazacağıq) Əgər fəhlə keçmək istəyirsənsə 2-3 min manat verməlisən. Digər nəzarətçi işi isə 6-7 manatdır. Bəzən elə olur Həsrət Əmrahov virtual olaraq parkları təmir edə bilir. Məsələn hansısa parkda tamet qopubsa dərhal Həsrət Əmrahovun könlündən dərhal ora 600 kvadrat kafel vurmaq keçir, təbii ki kağız üzərində…

Gülçülükdə fontan vuran yeyinti

Onu da demək lazımdır ki, Binə qəsəbəsində dekorativ ağacların sovxozu var. İl ərzində 3-4 milyon gül əkilirdi. Oranı dağıdıb həmin gülləri pulla alıblar. 50 qəpiklik gülləri 2-3 manatdan hesablayırlar. Hərçənd ki, idarənin kifayət qədər torpaq sahəsi var, 200-ə yaxın işçisi çalışır, istixanası mövcuddur. Yəni, məqsədli şəkildə bu iş həyata keçirilib ki, həmin “parnik”lər işləməsin. Çünki əgər orada gül bitsə, Həsrət Əmrahov pul qazana bilməyəcək. Ona görə müxtəlif şirkətlərdən pulla alırlar ki, qazansınlar. Həmçinin, öz tələbə yoldaşını ora rəhbər təyin edib, halbuki bu sahədən, bitkiçilikdən bixəbərdir. Şəhərin bütün gül- çiçəyi sovxozun hesabına təmin olunurdu. Orada olan 200-ə yaxın işçinin heç 30 faizi indi qalmayıb. Həmin 30 faiz də boş-boşuna gəlib gedirlər. Bununla bağlı vaxtilə orada müdir olmuş Xanəhməd Əsgərov internet telekanalında kifayət qədər danışıb. Bütün bu məsələlərlə bağlı BŞİH tabeliyində olan birliyə sorğu göndərsək də, suallarımızı cavablandıran olmadı. Hər halda onların bu iddialarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...