Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR

Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR -
"Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin təyinatından sonra DGK-da heç nə dəyişməyib! Şahin Bağırov da Səfər Mehdiyevin yolunu gedir. Əvvəlki kimi rüşvət və korrupsiya. Necə də olmalı idi ki... Səfər Mehdiyev başda olmaqla, özündən əvvəlki DGK sədrlərini cəzasız görən Şahin Bağırov anlamaq çox asandır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Daha sonra məqalədə deyilir: "Eyni situasiyanın Sumqayıt gömrüyündə də mövcud olduğu deyilir. Gömrük əməkdaşları əllərindən gələni edirlər ki, həmin anbarlar boş qalmasın. Hətta bir çox sahibkarlar inspektorların bunu könülsüz etdiklərini, “anbar boş qalan kimi, yuxarıdan zəng gəlir” deyərək, gileyləndiklərini bildirir, sözügedən anbarların daim yük dolu avtomobillərlə təmin olunmasına çalışdıldığını vurğulayırlar. Bu da təsadüfi deyil.

Belə ki, anbara daxil olan hər bir yük maşını boşaldılır, təbii ki, tam böyük əksəriyyətindən heç bir qaçaq mal – filan çıxmır. Sonradan həmin mallar yenidən “tırlara” yüklənilir. Bu “xidmət haqqı” isə yükün miqdarı və ölçüsündən asılı olaraq, 800 manatdan başlayır ki, onu da sahibkarın “belindən çıxarırlar”. Və heç kim də izahat vermir ki, malın çeşidinin çox olması onun qaçaq mal olduğuna necə dəlalət edə bilər? Yaxud qaçaq mal nədən elə 1 çeşiddə malın içində ola bilməz?

Yaxşı, deyək ki, əməkdaşlar doğrudan da nədənsə şübhələndilər və yükü boşaltdırdılar.Birincisi, bu soyğunçu “xidmət haqları”nı kim müəyyənləşdirib, hansı rəsmi sənədlə həmin məbləğlər əsaslandırılıb? İkincisi və ən əsası, nədən həmin “xidmət” üçün alınan vəsaitə görə sahibkara heç bir ciddi vergi sənədi, çek verilmir? Bəli, bir çox sahibkarlar iddia edirlər ki, anbarlarda yükün boşaldılıb, yenidən yığılmasına görə ödənilən pulun çeki verilmir(!). Eyni zamanda, sahibkar hər yük maşınının gömrüyə giriş-çıxışına görə, yükün çəkisindən asılı olaraq, təqribən 160-200 manat aralığında vəsait ödəyir ki, bu pula görə də ciddi vergi sənədinin təqdim olunmadığı bildirilir. Və sahibkarlar vergi hesabatı zamanı həmin məbləği özlərinin xərc maddələrində göstərə bilmirlər – kolxozdur yəni! Gün ərzində yüzlərlə belə avtomobilin boşaldıldığını təxmin etsək, rəsmiləşdirmədən, həm də vergidən yayındırılan və kimlərin cibinə axdığı məlum olmayan vəsaitin ayda bir neçə milyon manat olduğu qənaətinə gəlmək olar. Bəs bu, rüşvət deyil də, nədir?

İPƏK YOLU TERMİNALINDA tüğyan edən "RAMAL TRANS" KİMƏ MƏXSUSDUR?"

DAVAMI OLACAQ... Bizi izləməyə davam edin...

Yazı ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...