İnam Kərimovun daha bir yalanı - milyonların hava sovrulduğu çəltik istehsalında ciddi azalma

İnam Kərimovun daha bir yalanı -

Kənd təsərrüfatı naziri İnam Kərimov adətən Azərbaycanda çəltikçiliyin inkişafından ağız dolusu danışır. Hətta bu shədə "uğurların" əldə edilməsi ilə bağlı olaraq büdcədən ayrılan pullar hesabına maarifləndirici tədbirlər də keçirir. Hesabatlar təqdim olunur. Bəzən ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı olaraq elə artımdan bəhs edilir ki, ilk olaraq bizdə elə təəssurat yaranır ki, xaricə də çəltik satırıq. Məsələn bu yaxınlarda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı təmtəraqlı bir toplantı keçirilmişdi.

Gundeminfo.az xəbər verir ki, bu toplantıda Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçiləri də KTN əməkdaşları ilə birgə prossesə qoşulmuşdu.
Məsələn həmi tədbirdə deyilirdi ki, . “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2021-ci ildə çəltik əkinləri üçün müəyyən edilmiş 1.4 əmsal üzrə hər hektar üçün 280 manat əkin subsidiyası ödənilir. Görülən tədbirlər nəticəsində 2021-ci ildə çəltik istehsalında yüksək məhsuldarlığa nail olunub.

Amma həmin tədbirdə yüksək məhsuldarlıqla bağlı heç bir konkret fakt yox idi.

"Çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı"nda qeyd edilir ki, hazırda Azərbaycanda çəltik əkinçiliyi əsasən Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonlarında aparılır.

Yeri gəlmişkən ölkəmizdə düyüyə olan illik istehlak tələbatı adambaşına 4 kiloqramdır. Əgər tarixə geri dönsək o zaman Azərbaycanda çəltik əkinin nə qədər azaldığını müşahidə edə bilərik. Belə ki, 1927-ci ildə çəltik sahələri 54 min hektar olub. Lakin sonralar tərəvəzçiliyin inkişa­fı səbəbindən bu tendensiya azalıb, yalnız 1995-ci ildən başlayaraq, çəltik əkinləri genişləndirilib. 2016-cı ildə bu sahələr 2,5 min, 2017-ci ildə isə 5,1 min hektara çatdırılıb, ölkə üzrə orta məhsuldarlıq 31,1 sentner olub. Artıq 12 rayonda çəltikçilik inkişaf etdirilir. Ümumi məhsulda Lənkəranın payı xeyli çoxdur.

Lakin İnam Kərimov Dövlət Başçısının onun qarşısına qoyduğu daha bir tapşırığı da doğru-düzgün yerinə yetirə bilməyib.

GUNDEMİNFO.AZ rəsmi qaynaqlara istinadən xəbər verir ki, 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik isteh­sal edildiyi halda, 2019-cu ildə bu rəqəm 12 min ton, 2020-ci ildə isə 9,9 min ton olub. Halbuki Dövlət Proqramına görə, 2025-ci ilə qədər ölkədə illik çəltik isteh­salı 40 min tona çatdırılmalı idi.

Kənd Təsərrüfatı Nazirliyindən isə istehsalın azalmasını havaların quraq keçməsi ilə əlaqələndirirlər. Lakin məhz çəltik əkilən sahələrə ayrılan subsidiyaların həcmi milyonlarla manat həcmində ölçülür.

Və nəhayət bu gün açıqlanan rəsmi statistikadan da görünür ki, ölkəyə idxal edilən düyünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə artıb.

Cari ilin yanvar-sentyabr aylarında 43 min ton düyü idxal edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal edilən düyünün dəyəri 36,4 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında dəyəri 26,3 milyon dollar olmaqla 35,9 min ton düyü idxal edilib.

Görünən odur ki, Azərbaycan xalqına təqdim edilən aqrar sektorun inkişaf nağılları özünü doğrultmur. Və gələn il aqrar sektora ayrılacaq subsidiyaların həcmi daha 700 milyon manat artırılaraq 2 milyard manata çatdırılacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...