Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının ŞOK DETALLARI

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının
İki gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində apardığı xüsusi əməliyyat hələ də gündəmin başlıca mövzusudur. Təkcə ona görə yox ki, bu əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər yüksək vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən qandallandı. Həm də o səbəbdən ki, iki gün öncə qoluna qandal taxıldığı bildirilən E.Əliyevin bu gün işinin başında olduğu iddia olundu.

Məlumat üçün bildirək ki, bu barədə hansısa rəsmi informasiya yoxdur. Lakin bir sıra ciddi saytların bu məsələdə ortaya iddia qoyması və Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarovanın isə mətbuatın sorğusuna ikibaşlı cavab verməsi deyilənlərin əsassız olmadı görüntüsü yaradır: “Nazir müavini niyə işdə olmamalıdır ki?! Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.

Doğrudur, yarı-rəsmi media subyekti olan “Trend” İnformasiya Agentliyi Elnur Əliyevin işə çıxması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb. Agentliyin məlumatına əsasən, Elnur Əliyev DTX-nın keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Şübhəsiz, tezliklə bu məlumatlara aydınlıq gətirmək mümkün olacaq. Ola bilsin ki, bu barədə DTX tərəfindən də rəsmi informasiya yayılacaq. Lakin bizim yazımızın mövzusu E.Əliyevin işə çıxıb-çıxmadığını ayırd etmək olmadığından, bu məsələnin üzərində dayanmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki, nazir müavini hansı qanunsuz əməllərinə görə qandallanıb?

Bu barədə hələ hər hansı məlumat verilməsə də, zənnimizcə, internetdə qısa araşdırma apardıqda Elnur Əliyevin nə üçün DTX-nın “qəzəbinə gəldiyini” aydınlaşdırmaq heç də çətin deyil.

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının


Elnur Əliyev

Tərəfimizdən aparılan araşdırma nəticəsində belə qənaətə gəlmək olur ki, cəmi 1 il əvvəl mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunan E.Əliyev qısa müddətdə nazirlikdə bütün strukturu ələ ala bilib. Belə ki, o, birinci müavin kreslosuna oturar-oturmaz Mədəniyyət Nazirliyində bir sıra önəmli vəzifələrə öz adamlarını yerləşdirib. Deyilənə görə, “arxası” möhkəm olan Elnur Əliyev bəzi hallarda nazir Anar Kərimova qarşı çıxmaqdan da çəkinməyib. Görünür, məhz bu səbəbdən də onu Mədəniyyət Nazirliyinin “Boz kardianal”ı adlandırıblar.

Lakin çox təəssüflə qeyd etməliyik ki, E.Əliyevin əksər kadrları qeyri-peşəkarlardan ibarət olduğundan, sırf qohumbazlıq prinsipi əsasında seçildiklərindən, onlar vəzifə başına keçən kimi rəhbərlik etdiyi qurumu söküb-talamağa başlayıblar. Buna misal kimi, 2021-ci ilin noyabr ayında Qlobal.az saytında dərc olunan bir materialı göstərə bilərik. Saytda dərc olunan “Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma - Borclu şirkət necə qalib edilib?” sərlövhəli yazıda bildirilir ki, Gəncə Regional Mədəniyyət İdarəsi 2021-ci ilin noyabr ayının 10-da "Abadlaşma xidmətlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub:

“Satınalmanın məbləği 12.800 manat, qalibi isə "VALLEY-LM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"VALLEY-LM" MMC cari ilin may ayının 20-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Raana qəsəbəsi, ev 15, mənzil 6 ünvanıdır. "VALLEY-LM" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı barədə heç bir məlumat yoxdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin sözügedən satınalmasında şübhəli, daha doğrusu kobud qanun pozuntusu olan məqam isə qalib elan edilən "VALLEY-LM" MMC-nin dövlətə külli miqdarda vergi borcunun olmasıdır. Hazırda "VALLEY-LM" MMC-nin dövlətə 4256 manat vergi borcu var.

Halbuki "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar tender komissiyalarına vergi borclarının olmaması barədə müvafiq arayış təqdim etməlidirlər”.

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının


Bacanağını idarə rəisi təyin etdirdi…

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov DTX tərəfindən həbs olunan birinci müavin Elnur Əliyevin kadrı hesab olunur. O, 2021-ci ilin yanvar ayının 26-da Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis təyin edilib.

Vasif Cənnətov bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində müdir vəzifəsində işləyib.

Mənbə deyir ki, V.Cənnətov Elnur Əliyevin bacanağı və ən yaxın kadrlarından biridir. Bu baxımdan, V.Cənnətovun bütün maliyyə maxinasiyalarında E.Əliyevin əlinin olduğu istisna edilmir.

Elnur Əliyevin daha bir uğursuz kadrı…

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata görə, Gəncə Dövlət Filarmoniyasının yeni direktoru Rəşad Rauf oğlu Yusifov da Elnur Əliyevin Mədəniyyət Nazirliyindəki “kadr bankı”nın parlaq simalarından biridir.

Xatırladaq ki, R.Yusifov 2022-ci ilin avqustunda mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib. Avqustun 11-də yeni direktor kollektivə təqdim olunub və tədbirdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov (!) da iştirak ediblər.

Erməni qarışığı var…

Qeyd edək ki, Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru postuna təyin olunanadək heç bir rəsmi vəzifəsi və əmək fəaliyyəti haqqında hər hansı məlumat yoxdur. Onun barəsində sadəcə o bəlli olub ki, anası Gəncə şəhər 16 saylı tam orta məktəbin direktorudur və kecmiş Baş prokurorun müavini Rüstəm Usubov anasının doğma dayısıdır.

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının


Rəşad Yusifov

Ən təəccüblüsü isə odur ki, Elnur Əliyevin önəmli mədəniyyət mərkəzimizə rəhbər təyin etdirdiyi şəxsin – Rəşad Yusifovun erməni qarışığı olduğu haqda iddialar var. Belə ki, onun nənəsinin – atasının anasının milliyətcə erməni olduğu bildirirlir. Deyilənə görə, həmin qadının əvvəlki adı Sonya olsa da, sonradan Sona adını götürüb.

Bunadan əlavə, yeni direktorun əmisi Yusufov Rasif Alı oğlu barəsində vaxtilə Sürət Hüseynov hadisələrinə görə cinayət işi açıldığı və bu səbəbdən də 10 il qaçıb Özbəkistanda gizləndiyi bildirilir.

Aqrar Universiteti bitirdi, Filarmoniya direktoru oldu

Bir daha Rəşad Yusifovun “əmək fəaliyyəti”nə qayıdaraq dəyərli oxucularımızı bilgiləndirək ki, Aqrar Universiteti bitirən yeni direktor bir müddət Gəncədə çayçı işlədib və bazarda tütün məmulatları alıb-satmaqla məşğul olub. Sonradan Elnur Əliyevin “sehirli çubuğu” işə salması ilə adam Gəncə Dövlət Filarmoniyasina direktor təyin olunub. İndi çoxlarına maraqlıdır ki, heç bir musiqi təhsili olmayan R.Yusifov belə bir önəmli idarəyə necə rəhbərlik edir?

Yeri gəlmişkən, Rəşad Yusifovun direktor təyin edilməsində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun da əməyinin olduğu danılmazdır. Məlumata əsasən, V.Cənnətov onunla qohumluq əlaqələri olan R.Yusifovun işlə təmin edilməsi üçün bacanağına xahiş edib, Elnur Əliyev də onu Gəncə Dövlət Filarmoniyasina direktor təyin etdirib.

İxtisaslı kadrlar kənarda qalır, dost-tanışlara yol açılır…

Təbii ki, Elnur Əliyev təkcə regionlarda deyil, Bakıda və digər iri şəhərlərdə də öz adamlarını mühüm vəzifələr gətirməyə nail olub. Əldə etdiyimiz məlumata əsasən, kadr seçimi zamanı işçilərin ixtisası, təcrübəsi, savadı nəzərə alınmayıb. Hər bir kadr qohumluq prinsipləri əsasında seçilib. Heç də təsadüfi deyil ki, məhz bu cür yanlış seçim nəticəsində müxtəlif post-sovet ölkələrində, məsələn, Rusiyada iki illik ixtisasartırma adı ilə sertifikat alan şəxslər çox asanlıqla teatrlarda rəhbər vəzifələrə təyin ediliblər. Butun bu məsələlərdə isə, əsasən Elnur Əliyevin və Mədəniyyət Nazirliyinin Teatr sektorunun rəhbəri Könül Cəfərovanın rolu böyük olub.

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının


Könül Cəfərova

Yeri gəlmişkən, Könül Cəfərovanın da qohumluq prinsipi əsasında belə bir önəmli vəzifəyə gətirildiyi haqda məlumatlar var. İddia olunur ki, o, mədəniyyət naziri Anar Kərimovun xalası, yaxud da bibisi qızıdır.

Mənbə deyir ki, Könül Cəfərova da, nazirlikdə yuxarıdan aşağı qurulan sistem üzrə, ancaq dost-tanışların vəzifələrə yerləşdirilməsinə imkan yaradır. Bu səbəbdən də, ixtisaslı kadrlar kənarda qalır, onların yerini ixtisasartırma, yaxud bir-iki illik natamam kurs keçənlər doldurur.

Haşiyə çıxaq ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkədə ixtisaslı kadrların hazırlanması prosesini həyata keçirən yeganə təhsil ocağıdır. Əgər mədəniyyə sahəsində olan mühüm vəzifələrə bu universitetin kadrları yaxın buraxılmayacaqsa, o zaman bu təhsil ocağının fəaliyyətinə nə ehtiyac var?!

Daha bir qeyri-ixtisas sahibi…

Elnur Əliyevin DTX tərəfindən saxlanılmasının


Fərəh Acalova

Mədəniyyət Nazirliyində qeyri-ixtisas sahibi olaraq mühüm vəzifədə çalışan kadrlardan biri də İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Acalova Fərəh Fuad qızıdır.

Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, 2002-ci ildə həmin ixtisas üzrə magistr pilləsini bitirib. Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Ümumiyyətlə, Fərəh Acalovanın təhsil kariyerası zəngin olsa da, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsini daşımaq üçün bu sahədə yetərli təcrübəyə malik olmayıb. Deyilənə görə, onun bu sahəyə heç bir adiyyatı olmadığı kimi, bu sahədən anlayışı da yoxdur. Lakin onu bu vəzifəyə təyin edənlər belə qərara gəliblər ki, “Abdulla Şaiqin kotucəsi olduğu üçün Fərəh xanım Mədəniyyət Nazirliyində də çalışa bilər”. Lakin bəzi iddialara görə, o, çalışdığı sahədən xəbərsiz olduğu üçün Teatr sektorunun müdiri Könül Cəfərovanın dediyi ilə oturub-durur. Yəni K.Cəfərova öz vəzifəsi ilə yanaşı, qeyri-rəsmi olaraq F.Acalovanın da səlahiyyətlərini icra edir.

Oxucularımıza aydın olsun deyə onu da bildirək ki, Mədəniyyət Nazirliyində teatr, tamaşa və konsert sahəsi birbaşa nazir müavini Elnur Əliyevin kurasiyasında olduğundan, Fərəh Acalova, Könül Cəfərova və Regional Mədəniyyət İdarələrinin rəisləri ancaq onunla işləyiblər. Bu səbəbdən, sözügedən idarələrdə üzə çıxan qanunsuz faktlar məhz E.Əliyevin adı ilə bağlıdır. Heç də təsadüf deyil ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi cəmi yeddi ay sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu.

Maraqlıdır ki, bu həbsdən sonra Şəmkir Regional Mədəniyyət İdarəsinə hələ də rəis təyin edilməyib. Çünki Elnur Əliyev buna imkan verməyib, DTX tərəfindən saxlanıldığı günədək həmin vəzifəyə özünə yaxın kadr axtarışında olub.

Əlbəttə, yuxarıda qeyd oluna fatktlar sadəcə bizim əldə etdiklərimiz, bildiklərimiz olduğundan, Mədəniyyət Nazirliyində daha ciddi qanunsuzluqların baş alıb getdiyi istisna deyil. Deməli, birinci müavin Elnur Əliyevin qandallanması heç də səbəbsiz olmayıb.

Bütün proselər həm də onu deməyə əsas verir ki, nazir Anar Kərimov Elnur Əliyevin təqdimatı ilə bütün istiqamətlərdə uğursuz kadrlar təyin etməklə, bilərkdən, yaxud bilməyərəkdən Azərbaycan mədəniyyətinin qəbirini qazıb, qalır onu basdırmaq…

Hurriyyet.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...