Naxçıvanın FHN də Azərbaycan qanunvericiliyi ilə yox, “xan” qaydası ilə işləyir: Şamo paşa kimə biət edir?
“Naxçıvan MR Fövqəladə Hallar naziri general-leytenant Şamo Abdullayev Azərbaycan Prezdetinin imzaladığı qanunu bir kənara atıb, nazirliyi özü bildiyi kimi idarə edir”. Ovqat.com-a bu barədə nazirliyin əməkdaşları məlumat verib. Onların redaksiyamıza ünvanladığı məktubda deyilir:
“Naxçıvan MR-da FHN-i 2006-cı ildə yaradılıb, yaradılandan bu günə qədər ona nazir Şamo Abdullayev rəhbərlik edir.
Şamo Abdullayev Prezident İlham Əliyevin 22 iyun 2010-cu il tarixində imzaladığı “FHN-də xidmət keçmə haqqında əsasnaməsi”nə məhəl qoymur. Halbuki, cənab İlham Əliyev o əsasnaməni imzalayıb Fövqəladə Hallar Nazirliyinə göndərib ki, işçilər bu qanunla işləsinlər. Naxçıvan MR Fövqəladə Hallar naziri Şamo Abdullayev isə prezdetin imzaladığı qanunu qoyub bir tərəfə, Naxçıvanı MR Fövqəladə Hallar Nazirliyini özunun bildiyi kimi idarə edir və 2006-cı ildən bu günə qədər işçilərə xidmət illərinə görə verilən əlavə məzuniyyət günlərini kəsərək onları 30 gün məzuniyyətə buraxır. Nazirlik yarandığı gündən indiyədək işçilərin əlavə məzuniyyət günlərinə görə verilən pullarını özü mənimsəyir. İşçilərin halal pulları olan məzuniyyət ödənişlərini işçilərə vermir. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri işlərini itirəcəklərindən qorxaraq illərdir bu məsələyə səslərini çıxarmırlar”.
Qeyd edək ki, yanğınsöndürənlərin istinad etdikləri qanunvericilik aktı olan “FHN-də xidmət keçmə haqqında əsasnaməsi”nin 13.8. Maddəsində əməkdaşların məzuniyyət müddəti barədə deyilir:
“13.8. Fövqəladə hallar orqanları əməkdaşlarına xidmət illərinə görə aşağıdakı müddətlərdə əlavə illik məzuniyyət verilir:
5 ildən 10 ilədək - 3 təqvim günü
10 ildən 15 ilədək - 5 təqvim günü
15 ildən 20 ilədək - 10 təqvim günü
20 il və daha çox - 15 təqvim günü”.
641 dəfə oxundu