Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü

Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü
Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.

Gundeminfo.az ent.az-a istinadən xəbər verir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.
Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.


Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...