“Reuters” Çinin tələbi ilə Putin və Si Cinpinin videosunu sildi

  “Reuters” Çinin tələbi ilə Putin və Si Cinpinin videosunu sildi
“Reuters” Çinin Mərkəzi Televiziyasının (CCTV) tələbi ilə Pekində keçirilən hərbi parad zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin müasir texnologiyalardan istifadə etməklə gözlənilən ömür uzunluğunun artırılması imkanlarını müzakirə etdiyi 4 dəqiqəlik videonu silib.
Yeniavaz.com xəbər verir ki, CCTV əvvəlcə paradın görüntülərini, o cümlədən Si və Putinin kürsüyə qalxıb söhbət etdiyi anlardan istifadə etməyə icazə verib.
Agentlik həmin kadrları dörd dəqiqəlik videoya çevirərək onu bütün dünya üzrə minlərlə abunəçisinə, o cümlədən əsas televiziya kanallarına yayıb. Digər beynəlxalq agentliklər də videonun öz versiyalarını yayıblar.
Sentyabrın 5-də “Reuters” CCTV-nin hüquq departamentindən yayımçıdan videonu silməyi tələb edən rəsmi məktub alıb. Agentlik görüntülərdən istifadə şərtlərini pozduğunu iddia edib.
“Reuters” heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirərək videonu silib.
“Biz kadrları diqqətlə nəzərdən keçirdik və dəqiq və qərəzsiz jurnalistikaya uzun müddət davam edən öhdəliyimizin pozulduğuna inanmaq üçün heç bir əsas görmürük”, - agentlik bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...