Azərbaycanda fəxri adlar nə vaxt ləğv olunacaq?
Ermənistan parlamentinin dövlət və hüquq məsələləri komitəsi "xalq" və "əməkdar" fəxri adlarının ləğvi layihəsinə baxıb.
Valyuta.az xəbər verir ki, ədliyyə nazirinin müavini Armenuhi Arutyunyanın sözlərinə görə, Ermənistanda 17 fəxri ad var, məsələn, xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi, əməkdar iqtisadiyyat işçisi və s. Onların hamısı ləğv olunacaq, yalnız "Əməkdar komanda" adı qalacaq.
Azərbaycanda da uzun müddətdir ki, sözügedən fəxri adların ləğv edilməsi vacibliyin gündəmə gətirilir. Amma buna baxmayaraq, hələ də sözügedən fəxri adlar saxlanılır və hətta yeri gəldi-gəlmədi yeni-yeni insanlar bu adlara layiq görülürlər.
Valyuta.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, sözügedən məsələ tədricən nizama salınmalı və standartlar qaldırılmalıdır ki, asanlıqla kiməsə fəxri adlar verilməsin:
"Bu çox cəsarətli qərar verilməsini tələb edən bir məsələdir. Çoxdan atılmalı addım idi, gecikib. Sovet dövründən qurtulan anda bu məsələni həll etməli və daha çox ağırlığı nominasiyalara verməli idik. Hazırda məsələnin həll edilməməsinin fəsadları ortadadır. Fəxri ad almaq az qala böyük bir xəstəliyə, rəqabətə çevrilib. Haqqı çatan çatmayan, hamı ona can atır. Haqqı çatmayan hansısa bir titul alırsa, haqqı çatanlar ona üsyan edir. Nəticədə sənət bir kənarda qalır və məsələ ancaq bu kimi intriqalar üzərində gedir. Bu da olduqca zərərli tendensiyadır. Əsas odur ki, sənətkar sənətlə məşğul olsun, həm də buna görə yaxşı pul qazansın. Amma hamı titul yaşırına qoşulanda, bu əslində tam yaxşı yaşayışı da təmin etmir, amma mənasız intriqalar içində sənətini də arxa planda qoyur. Məsələ peşəkar komissiyanın rəyinə əsasən həllini tapmalı, kriteriyalar dəqiqləşməlidir. Bu sahədə ciddi tənzimlənməyə ehtiyac var”.
463 dəfə oxundu