Ronaldonun komandası Messi və yoldaşlarını 6:0 məğlub etdi – VİDEO

Ronaldonun komandası Messi və yoldaşlarını 6:0 məğlub etdi –
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu yoldaşlıq görüşündə Amerikanın “İnter Mayami” klubunu 6:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, görüş Ər-Riyadda baş tutub.
Qolları Otavio (3-cü dəqiqə), Taliska (10, 51, 73), Aymerik Laport (12) və Məhəmməd Maran (68) vurub.
Matçın 84-cü dəqiqəsində “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi meydana daxil olub. Superulduz oyun üçün heyətə salınmasa da, başlamasına bir neçə dəqiqə qalmış əvəzedicilər siyahısına əlavə edilib. Mətbuatda yayılan məlumata görə, futbolçu son yoldaşlıq oyunundan sonra bud nahiyəsində diskomfort hiss edir.
Qarşılaşmanın əvvəlcə Messi ilə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo arasındakı sonuncu futbol mübarizəsi olduğu açıqlansa da, portuqaliyalı zədə səbəbindən matçı buraxıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...